Ərzaq üçün İrana gedən Astara sakinləri
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Ərzaq üçün İrana gedən Astara sakinləri

İranda ərzaq mallarının qiyməti əvvəlki qədər ucuz olmasa da, Astara sakinləri bazarlıq etmək üçün qonşu ölkəyə üz tutduqlarını deyir.

Astara sərhəd keçid məntəqəsinə baş çəkən BBC Azərbaycanca müxbiri Elnarə Məmmədovanın xəbərində deyilir ki, insanların hamısı 30 kiloya qədər ərzaq məhsulunu problemsiz sərhəddən keçirə bildiklərini iddia etdilər.

Bu arada İrandan Azərbaycana əli yüklə gələnlərin başına toplaşanlar malları almaq üçün qiyməti razılaşdırmağa çalışırlar.

Video şərhsizdir.