Pentaqon: Paris hücumlarını planlaşdıranlar "Suriyada öldürülüb"

Image caption Parisdə hücumlar ötən il noyabrın 13-də törədilmişdi.

2015-ci ilin noyabrında Parisdə törədilmiş hücumları planlaşdıranlar Suriyada, ABŞ hava hücumlarında öldürülüb, rəsmilər deyir.

Pentaqonun bəyanatında adları Salah Qurmət və Sammi Dyedou olan şəxslər özünü İslam Dövləti adlandıran qruplaşmanın üzvləri idi.

Qrupun 2015-ci ildə, Belçikada terror törətməyi planlaşdırmış daha bir üzvü də öldürülüb, məlumatda deyilir.

Üç şəxs hava zərbələri endirildiyi zaman Qərbin hədəflərinə qarşı hücumlar hazırlayırdı, Pentaqon deyir.

İslam Dövləti nədir?

“İslam Dövləti”ndə həyat: Raqqa gündəlikləri

Bu barədə daha geniş