Meksikada fişəng bazarındakı partlayış nəticəsində onlarla insan ölüb

Meksika Qırmızı Xaçın yaydığı şəkildə hadisə yerində zibillərin də yanmış olduöğu görünür Fotonun müəllifi MEXICAN RED CROSS / TWITTER
Image caption Meksika Qırmızı Xaçın yaydığı şəkildə hadisə yerində zibillərin də yanmış olduöğu görünür

Meksika şəhərinin kənarında yerləşən fişəng bazarındakı partlama nəticəsində azı 26 insan ölüb, rəsmilər deyir.

Partlayış şəhərdən 32 kilometr aralıqda olan San Pablito fişəng bazarı yaxınlığında olduğundan digər onlarla insan yaralanıb.

Hadisə yerindən yayılan videoda böyük həcmdə fişəngin ard-arda partlayaraq yanğın başladığı və havaya qatı bulud qalxdığı görünür.

Onlarla polis və feldşer hadisə yerinə cəlb olunub. Partlayışın səbəbləri hələlik məlum deyil.

Yerli sakinlərə hadisə yerindən uzaq durmaq və yolları boş saxlamaq məsləhət görülüb.

Dövlət rəhbəri, Eruviel Avila deyib ki, yararlılara yardım etmək vacibdir və rəsmilər hadisə yerinə cəlb olunub.

"Partlayış səsi gələndə biz elə bildik ki, bu fişəng mağazasının yaxınlığındadır", yerli sakin Alejandra Pretel AFP xəbər agentliyinə deyib.

O deyib ki, sonradan onlar anlayıb ki, bazar ümumilikdə təhlükədədir.

"Mənim qonşularım deyir onlar hiss edirdi ki, hər şey silkələnir, amma mən qaçdığım üçün bunu hiss etməmişəm", o deyib.

Meksika prezidenti Enrique Pena Nieto tvit paylaşaraq ölənlərin ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalmasını diləyib.

O həmçinin bildirib ki, müdafiə qüvvələri hadisə zamanı fövqəladə yardım edib.

San Pablito bazarı eyni hadisə nəticəsində 2005-ci ilin sentyabr ayında da dağıntıya məruz qalmışdı və ölkənin müstəqillik günündən əvvəl baş verən zəncirvari partlayış onlarla insanın yaralanmasına səbəb olmuşdu.