Mərkəzi Kəşfiyyat İdarəsi 13 milyon məxfi sənədi internetdə paylaşdı

Fotonun müəllifi Getty Images

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) məxfiliyini qaldırdığı 13 milyon sənədə girişi açıq elan edib.

Məlumat əldə etmək azadlğını müdafiə edən qruplar MKİ-ni məhkəməyə verərək, məxfi saxlanılan məlumatların ictimaiyyətlə paylaşılmasını tələb ediblər.

MKİ-nin internetə yüklədiyi materiallar arasında kəşfiyyat brifinqləri, araşdırma hesabatları və Uçan Naməlum Obyektlər barədə məlumatlar da var. Ümumilikdə 800 min dosyadan ibarət olan MKİ sənədləri 13 milyon səhifəni əhatə edir.

ABŞ XİN-nin nümayəndəsi, beynəlxalq təhlükəsizlik müşaviri Henry Kissengerin yazdığı bəzi hesabatlar və məqalələr də ilk dəfə olaraq ictimayyətə təqdim olunub.

Sənədlər araslnda MKİ-nin bir müddət üzərində çalışdığı Stargate (Ulduz Qapısı) adlandırdığı, telekinetik güclərə dair fəaliyyətlə bağlı layihəyə dair hesabatlar da yer alıb.

ABŞ-ın keçmiş prezidenti Bill Clintonun zamanında qəbul edilən qərara əsasən 25 ilini tamamlayan MKİ sənədləri ictimayiətə açıqlanamalı idi. Lakin müddəti bitən sənədləri yalnız MKİ-nin binasına gələnlər görə biliridi.

MKİ-nin məlumatlara girişi qəsdən çətinləşdirdiyini söyləyən qruplar internetdən apardıqları kampaniyalarda MKİ arxivlərinə gedərək sənədlərin tək-tək şəkillərini çəkməyi təklif etmişdilər.

Lakin ötən ilin noyabr ayında MKİ, yaradılacaq yeni bir arxiv saytından 25 ili tamam olan sənədlərin icitimaiyyətə acıqlanacağını bilrimişdi.