Donald Trump-ın inauqurasiyası: ABŞ-ın 45-ci prezidenti and içdi

Fotonun müəllifi AP

Donald Trump və Barack Obama 45-ci prezidentin andiçmə mərasimi üçün Capitol binasına gəlib.

Cənab Trump bu gün prezidentlik and içib.

Əlini qaldıraraq o deyib: "Mən təntənəli şəkildə and içirəm ki, Birləşmiş Ştatların Prezidenti Ofisini sədaqətlə icra edəcəyəm və Birləşmiş Ştatların Konstitusiyasını var gücümlə qoruyacaq, müdafiə edəcəyəm".

Onlarla Trump müdafiəçisi ölkənin müxtəlif yerlərindən mərasimi izləmək üçün paytaxta gəlib.

Bu gün 150 qara paltarlı etirazçı Washington boyunca yürüş edərək pəncərələri sındırıb, zibil qutularını küçələrə ataraq blokada yaratmağa cəhd edib.

Distrupt J20 adlı digər bir qrup isə təhlükəsizlik məntəqələrini blokadaya almağa cəhd göstərib.

Fotonun müəllifi Getty Images

Minlərlə polis küçələrə yeridilib, kilometrlər boyunca baryerlər andiçmədən öncə təhlükəsizlik məqsədilə yaradılıb.

Fotonun müəllifi Getty Images

"Mən bura tarix üçün gəlmişəm", 24 yaşlı old Kevin Puchalski deyib. "Bu mənim səs verdiyim və qalib gələn ilk prezidentdir".