İlham Əliyev İranın Qərbi Azərbaycan vilayətinin valisi ilə görüşüb

görüş Fotonun müəllifi President.az

Prezident İlham Əliyev İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, president.az xəbər veirr.

Məlumata görə, cənab Əliyev Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin bütün sahələrdə çox yaxşı inkişaf etdiyini deyib.

Qurbanəli Səadət Qarabağ isə Qərbi Azərbaycan vilayəti ilə Azərbaycan arasında kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu qeyd edib.

Nümayəndə heyəti Azərbaycana İqtisadiyyat və Kənd təsərrüfatı nazirliklərinin dəvəti ilə gəlib və kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq üzrə görüşlər keçirəcək.