Hərbi Prokurorluq əsgərin "intihar etməsini" araşdırır

əsgər Fotonun müəllifi MOD.gov.az
Image caption Arxiv: Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi bir hərbi qulluqçunun intihar etməsi ilə əlaqədar cinayət işinin açıldığını bildirib.

Nazirliyin saytında bildirilir ki, əsgər Xanəli Fəttayev "qeyri-döyüş şəraitində, özünəqəsd nəticəsində həlak olub".

"İlkin araşdırmalar göstərdi ki, intiharın xidməti fəaliyyətlə əlaqəsi aşkar edilməyib. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır."

Nazirlik, əsgər Fəttayevin medianın bazar günü yazdığı kimi atəşkəsin pozulması nəticəsində həlak olması barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını da qeyd edib.