Qədim təkəlduz sənətinin sirrləri
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

"Nuxaya aid ləbbadə" və digər təkəlduz inciləri ustası

Şəki şəhərində anadan olan Sayalı Səlimli təkəlduz sənətini bacısından öyrənib. 35 ildir bu sənətlə məşğul olan müsahibimiz öz qızına və gəlininə də bu sənətin incəliklərini öyrədib.

Təkəlduz ipək saplarla vurulmuş bədii tikmə növü və üsuludur. Onda zəncirli tikişdən istifadə edilir. 18 ildir Şəki şəhərinin mərkəzində mağazada öz əl işlərini sərgiləyən və satan Sayalı xanım həm də dərzidir.

O, Azərbaycanın milli geyimləri və müxtəlif papaqlar tikir. Onun əsərləri müxtəlif tədbirlərdə diplomla təltiflənib. Sayalı xanım deyir ki, bu sənəti öyrənmək üçün mütləq rəssamlıq qabiliyyətinə malik olmaq lazımdır.

Ən böyük arzusunun "xalq sənətkarı" adı alması olduğunu deyən müsahibimiz təkəlduz sənətini çox sevdiyini də qeyd edir.

Videonu BBC Azərbaycanca müxbiri Günel Səfər hazırlayıb.