Cərrah xilas etdiyi suriyalı körpə ilə görüşür
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Cərrah xilas etdiyi suriyalı körpə ilə görüşür

Ötən il Hələbdəki bombardman nəticəsində körpə Maramın valideynləri həlak olub.

Hava hücumunda xəsarət almış, ayaqları və əli sınan 5 aylıq qızı britaniyalı cərrah David Nott əməliyyat etmişdi.

Bundan sonra körpə Suriyadan Türkiyəyə göndərildi.

Hadisədən bir neçə ay keçmiş cənab Nott qızı görmək üçün yola düşüb.

BBC onların görüşünün şahidi olub.