Gözəl Bayramlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib

Gözəl Bayramlı Fotonun müəllifi Obyektiv

Səbail Rayon Məhkəməsinin qərarı ilə AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib, AXCP üzvləri BBC Azərbaycancaya deyib.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan Azərbaycana keçərkən sərhəddə saxlanılıb.

Dövlət Sərhəd Xidməti bildirir ki, Gözəl Bayramlının əl yükünə baxış keçirilərkən "bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb".

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci, qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb, qurumun məlumatında qeyd edilir.

AXCP lideri Əli Kərimli onun saxlanılmasını "siyasi sifariş" adlandırıb və əlavə edib ki, Gözəl Bayramlı onun azadlıqda olan sonuncu müavinidir.

Gözəl Bayramlı bu ilin aprel ayında təxminən 5 saata yaxın istintaq idarəsində dindirilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş