Parisdə polis əməliyyatı: polisə hücum edən şəxs saxlanılıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Hadisədən dərhal sonra silahlı polis Champs-Élysées küçəsinə qirişi bağlayıb

Parisin Champs Elysees ərazisində avtomobilin polis maşınına çırpılması və yanmağa başlamasından sonra polis əməliyyat keçirir, rəsmilər deyir.

Avtomobilinin içində silah daşıyan sürücü zərbə ilə huşsuz hala gətirilib və onun vəziyyəti hazırda ağırdır, Fransa mediası bildirir.

Polis hazırda vəziyyətə nəzarət etdiyini və hüquq-mühafizə orqanları əməkdaşlarının və mülki şəxslərin xəsarət almadığını deyib.

Son illərdə baş vermiş bir sıra ölümcül hücumlardan sonra Fransada hazırda fövqəladə vəziyyət hökm sürür.

Aprel ayında, prezident seçkilərinə bir neçə gün qalmış Champs Elysees ərazisində bir polis qətlə yetirilib, iki nəfər yaralanmışdı.

Fotonun müəllifi EPA
Image caption Partlayıcı zərərsizləşdirmə komandası maşında axtarış aparır.

Axtarış itləri

Polis mənbələrinə istinad edən Fransa mediası hadisənin qəsdən törədildiyini yazır.

Boş yolun ortasında qapılarından biri açıq olaq ağ maşın durur. Maşında axtarış üçün itlərdən istifadə edilir, BBC müxbiri Hugh Schofield bildirib.

Məlumatlara görə, sürücünü avtomobilin içərindən çıxarmaq üçün polis zabitləri maşının şüşəsini qırmağa məcbur olublar.

Müxbirimiz yaxınlıqda polis idarəsi olduğu üçün bu ərazidə polis maşınlarının çox olduğunu bildirib.

Bundan bir qədər əvvəl Fransa milli polisinin Twitter hesabı bəyan edib ki, "polis əməliyyatı davam edir".

Fransa prokurorluğunun terrorçuluqla mübarizə şöbəsi cinayət işi açıb.

Daxili İşlər Naziri Gerard Collomb hadisə yerindən Twitter-də şəkil paylaşaraq "bizim təhlükəsizlik qüvvələrimiz qarşı hücum"un baş verdiyi yerdə olduğunu deyib.

Fotonun müəllifi Reuters
Image caption Bir polis zabiti Champs Élysées küçəsində dayanmış maşının yanından qaçır

Əlaqəli mövzular