Uşaqlar deyirlər ki, qorxuruq, gəldilər - Alxanlı sakini
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

"Uşaqlar çığırışır, deyir ay nənə gəldilər"- BBC Azərbaycanın Alxanlıdan reportajı

İyul ayının 4-də iki mülki şəxs, nənə və nəvənin həlak olduğu cəbhə xəttində yerləşən Füzuli rayonun Alxanlı kəndinin sakinləri Ermənistan tərəfindən mütəmadi olaraq atəşə tutulduqlarını deyirlər.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin mülki ıəhalisini atəşə tutub. Nəticədə 2 nəfər həlak olub, bir nəfər yaralanıb.

Azərbaycan Baş Prokurorluğu Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini atəşə tutması və 2 mülki şəxsin həlak olması ilə bağlı 7 cinayət işinin başlandığını bildirib.

İyulun 6-da Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Baş Prokurorluq xarici KİV-lərin və 12 dövlətin 15 hərbi attaşesinin Alxanlı kəndinə səfərini təşkil ediblər.

Alxanlı kənd sakinləri uşaqların qorxu içində böyüdüklərini deyirlər. Buna baxmayaraq, onlar ərazidən köçmək istəmədiklərini də vurğulayırlar.

Sakinlər Ermənistan tərəfinin hadisədə Azərbaycan qüvvələrinin dinc əhalidən "canlı sipər kimi" istifadə etməsi iddiasını da təkzib edirlər və bu bəyanatı "təxribat" adlandırırlar.

Yerli sakinlərlə BBC Azərbaycanca müxbiri Günəl Səfər söhbət edib.