Bakıda avtomobillərin sərgisi keçirilib
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Avqustun 26-da Bakıda Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüş və sərgisi keçirilib.

Tədbirdə 100-dən çox klassik avtomobil iştirak edib.

Bu avtomobillərin əksəriyyəti Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları, digərləri isə 1980-ci ilə kimi istehsal olunanlardır.