Witchsy-nin qadın təsisçiləri cinsi ayrı-seçkilik ilə mübarizə üçün uydurma kişidən istifadə edirlər

Kate Dwyer (soldakı) və Penelope Gazin Witchsy-nin təsisçiləri Fotonun müəllifi WITCHSY
Image caption Kate Dwyer (soldakı) və Penelope Gazin Witchsy-nin təsisçiləri

Birləşmiş Ştatlardan olan iki qadın sahibkarın cinsiyyətçiliklə mübarizə aparmaq və şirkətlərini daha rahat qurmaq üçün xəyali bir kişi təsisçi yaratdıqları ortaya çıxıb.

Online incəsənət bazarı olan Witchsy-nin təsisçiləri Kate Dwyer Penelope Gazin-in dediklərinə görə, kişi mütəxəssislər "Keith Mann" tərəfindən göndərilmiş elektron poçtlara daha yaxşı cavab verirdilər.

Sahibkarlar deyir ki, onlar daha sürətli və daha az təkəbbürlü cavab verirdilər.

Bu ayın əvvələrində Google-un bir işçisi qadınların texnoloji cəhətdən yarasız olduğunu söylədiyi üçün işdən qovulub.

Bioloji fərqliliklər səbəbi ilə Google-da daha az qadın olduğunu irəli sürən bu fikir şirkətin davranış qaydalarını pozub, baş icraçı Sundar Pichai söyləyib.

Xanım Gazin və xanım Dwyer qrafik dizayner və internet mütəxəssislərindən lazım olan xidmətləri almaq üçün daim mübarizə apardıqlarını buna görə də, Keith Mann-ı yaratmaq fikrinə gəldiklərini açıqlayıblar.

Xanım Dwyer BBC-ə açıqlamasında kişilərin aparıcı rol oynadıqları texnologiya dünyasında potensial əməkdaşların cavab verməyi yavaşlatdıqlarını və bəzən də kobud olduqlarını deyib.

"Cavablar soyuq idi və biz ciddiyə alınmırdıq", onlar deyir.

"Mütəxəssislər bizim adımızı elektron poçtlarda istifadə etmirdilər; hətta biri "ok qızlar" termini istifadə etdi", təsisçilər izah edir.

"Səs tonunda fərqlilik"

Ancaq vəziyyət uydurma Keith Mann-ın yazışmaları xüsusi bir əminliklə imzaladığı zaman dəyişdi.

"Keith vəziyyəti nəzarətdə saxlayacaqdı; "Uşaqlar siz bunu edəcəyinizi demişdiniz, nə oldu," o yazacaqdı, cavablar kifayət qədər sürətli idi", xanım Dwyer bildirir.

O deyir ki, Keith-ə adı ilə müraciət olundu və "tonda nəzərə çarpacaq dərəcədə bir fərq, bir rahatlıq (Keith-lə bağlı olaraq)" var idi.

Ancaq əsəbləşmək əvəzinə, xanım Gazin və xanım Dwyer artıq bir illik olan və gəlirli işləri üçün Keith Mann-ı istifadə etməyə başladılar.

Təsisçilər deyir ki, Witchsy birinci ilində satış qiymətinin 80 faizini alan bir neçə rəssamın qeyri-adi və kəskin satirik əsərlərini 200,000 dollara (£155,000) -a satıb.

Witchy adı online pərakəndəçi təsisçilərin Etsy-nin cadugərliklə əlaqəli əşyalara satış qadağası qoyması ilə "əsəbiləşməsi" və "narahat olması" nəticəsində yaranıb, xanım Dwyer deyir.

"Texnologiyada çoxlu qadın yoxdur, kişi dominantlığı var", o qeyd edir.

Fast Company jurnalına verdiyi müsahibəsində xanım Dwyer onun bu təcrübəsinin "sadəcə hazırkı dünyanın bir parçası olduğunu" deyib.

Onun sözlərinə görə, Keith Mann Witchsy-ə bazara çıxmağa kömək edəndə, onun "əsas hədəfi insanların davranışlarında dəyişiklik etmək idi".

"Təəssüf ki, biz inkişaf etmək üçün Keith-i yaratmaq məcburiyyətində idik, ancaq biz onlara nə iş gördüyümüzü göstərməsək heç kəs göyərtəyə minməyəcək", deyən xanım Dwyer mütəxəssislərin göstərdiyi xidmətlərin saytı qurmaqda və işlətməkdə vacib olduğunu əlavə edib.

"Artıq biznesimizi qurduğumuza görə, Keith-i tətilə göndərə bilərik", xanım Dwyer deyib.

Bu barədə daha geniş