Türkiyə: Trabzon aeroportunda təyyarə zolaqdan çıxaraq dənizə aparan yamaca düşüb.
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Türkiyə: Trabzon aeroportunda təyyarə zolaqdan çıxaraq dənizə aparan yamaca düşüb

Türkiyə: Trabzon aeroportunda təyyarə zolaqdan çıxaraq dənizə aparan yamaca düşüb.

Trabzon aeroportunda yerə enən təyyarə uçuş-eniş zolağından kənara çıxaraq dənizə aparan yamaca düşüb.

Təyyarənin dənizə doğru hərəkəti yalnız suya təxminən 25 metr qalmış kəsilib.

Hadisə zamanı təyyarədəki sərnişin və ekipaj üzvlərindən heç kəs xəsarət almayıb.

Təyyarədə olan 168 nəfərin hamısı (162 sərnişin və 6 heyət üzvü) xilas olunub.

Pegasus Airlines şirkəti bildirib ki, Ankara-Trabzon reysi ilə uçan Boeing 737-800 tipli təyyarə Trabzon hava limanında eniş vaxtı zolaqdan "kənara çıxıb".

Hadisə Trabzon aeroportunda yerli vaxtla saat 23.30 radələrində baş verib.

Müəyyən müddətə bağlanan Trabzon aeroportu bazar günü səhər saat 9-dan yenidən açılıb.

Türkiyə mediasına görə, hadisə yağmurlu hava şəraitində, təyyarə eniş zolağında manevr edərkən baş verib.

Türkiyənin aviasiya təhlükəsizliyinə nəzarət edən qurumun rəsmiləri hadisənin araşdırılmasına başlayıblar.

.