Narkoloji Mərkəzdə yanğın: Ölənlərdən 9-nun cəsədi ailələrinə verilib

Yanğın sahəsi Fotonun müəllifi TOFIK BABAYEV/Getty images

Martın 2-də Bakıdakı Narkoloji Mərkəzdə baş verən yanğın nəticəsində həlak olmuş 25 nəfərdən 9-nun cəsədi ailələrinə verilib, Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri bildirib.

BBC Azərbaycancaya danışan Eldar Sultanov deyib ki, yanğında ölən daha 16 nəfərin kimliyi müəyyən edilməkdədir.

"Onların şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir".

Prokurorluq nümayəndəsinin sözlərinə görə bu proses başa çatan kimi cəsədlər ailələrə və yaxınlarına veriləcək.

Fotonun müəllifi APA
Image caption Yanğın mərkəzin birmərtəbəli korpusunda baş verib

Cümə günü Narkoloji Mərkəzdə yanaraq ölən şəxslərin cəsədləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparılıb.

Respublika Narkoloji Mərkəzinin bir mərtəbəli korpusunda yanğın martın 2-də səhər saatlarında baş verib.

Nəticədə binada olan 55 nəfərdən 25 nəfər həlak olub. Daha 30 insan xilas edilib.

Hadisə ilə bağlı dövlət komissiyası yaradılıb, cinayət işı başlanıb və araşdırma aparılır.

Bu barədə daha geniş