Formula 1-də sərbəst yürüşlər: Qaliblər kimlər oldu?

Baku F1, formula 1, Baku city circle, Qoşa qala qapısı, tarixi yerlər Fotonun müəllifi Clive Mason/Getty Images
Image caption Mercedes-in pilotu 1 birinci sərbəst yürüşünün qalibidir

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran prisində Formula 1 ikinci sərbəst yürüşlərinin qalibi Red Bull komandasından Daniel Ricciardo olub.

İkinci yerdə Ferrari komandasından Kimi Raikkonen, üçüncü yerdə isə Red Bull komandasından Max Verstappen gəlib.

Birinci sərbəst yürüşün qalibi Mercedes komandasının pilotu Valtteri Bottas dördüncü olub.

Formula 1 yarışçılarının üçüncü sərbəst yürüşü şənbə günü saat 14-00-da baş tutacaq. Sərbəst yürüşlərin məqsədi trasla tanışlıqdır.

Bakı Şəhər Halqasının məlumatına görə, şənbə günü saat 17-00-da sıralama turu olacaq.

Əsas yarış isə bazar günü baş tutacaq.

Birinci sərbəst yürüş zamanı Red Bull komandasından Max Verstappen-in idarə etdiyi bolid divara çırpılaraq qəzaya uğrayıb. Red Bull komandasının sözçüsü Paul Monaghan qəza ilə bağlı şərh verib ki, "narahatlığa heç bir əsas yoxdur".

Qəzaya uğrayan Vertsappen yürüşü 6-cı başa vurub.

Fotonun müəllifi KIRILL KUDRYAVTSEV/ GETTY
Image caption Grand Prix

Günün sonunda Böyük Britaniya qrupu "Jamiroquai" konserti olacaq.

Yarışlar şənbə və bazar günləri də davam edəcək.

Bazar günü həm də açılış mərasii keçiriləcək və pilotların paradı olacaq.

Aprelin 29-da həlledici yarış olacaq.

Bakı Şəhər Halqasında maksimal sürət saatda 366 kilometrdir.

Yarışda 10 komandanın heyətində 20 pilot yarışacaq.

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Bolidlər burdan başlayaraq, Qız Qalası, İçərişəhər və Azneft dairəsindən keçməklə 51 dövrə vuracaqlar.

"Formula-1" yarışları Azərbaycanda 2016-cı ildən keçirilir.

Yarışlarla bağlı Bakı şəhərinin mərkəzində yerləşən bəzi məktəblərdə dərslər təxirə salınıb.

Bu barədə daha geniş