Headline: Anar Ağakişiyevin yana üzü makyaj videosu 5 milyona yaxın izlənib
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

"Çox həyəcanlı idim, yəni nə ilə qarşılacağımı bilmirdim" - heç vaxt makiyaj etməmiş qadın

Vizajist Anar Ağakişiyev müxtəlif insanları makiyaj etməklə onların görüntüsünü dəyişməyə nail olub.

Onun sözlərinə görə, əl işləri o qədər məşhurlaşıb ki, tanınmış makiyaj mütəxəsisləri onun işləri ilə maraqlanmağa başlayıb.

Nərmin Cəfərovanın üzündə olan yanıq izləri makiyaj etdikdən sonra yalnız İnstagramda həmin videoyaya baxış sayı 4 milyon 700 mini keçib.

"Çox həyəcanlı idim, yəni nə ilə qarşılacağımı bilmirdim. Necə biri ola bilərəm, makiyaj məni necə dəyişdirə bilər. Sonra güzgüyə baxanda başqa bir sima gördüm. Heç görmədiyim biri kimi gəldi mənə.

Əslində məni orda kövrəldən həyatımı təkrar yaşamış kimi oldum. Yəni yaşadıqlarəm, çox çətin anlarım olub. Onlar təkrara kimi gəldi mənə. Itirdiklərim.. ən çox qarışıq hislər idi içimdə. Elə hislər var ki, onları sözlə ifadə etmək olmur, sadəcə yaşamaq olur. Deyə bilməyəcəyim hislər oldu məndə", Nərmin həmin makiyaj barədə BBC Azərbaycancaya danışıb.

Bundan sonra vizajistin işləri barədə Daily Mail və The Sun kimi Britaniya nəşrləri xəbər yayıb.

Moskvadan olan həkimlər briqadası isə Nərmin Cəfərovaya üzündə əməliyyatlar aparılmasını təklif ediblər.

Nərmin Cəfərova BBC Azərbaycancaya müsahibəsində deyib ki, o artıq ilkin konsultasiya üçün Moskvada olub.

Həkimlər ona qaş, burun, dodaq nahiyələrində əməliyyat aparılacağını deyiblər.

Video açılmırsa, Youtube-da baxın.