İslam Kərimovun hakimiyyət dörvü barədə bunları bilməlisiniz

Fotonun müəllifi Getty Images
Image caption İslam Karimov Özbəkistana 1989-cu ildəndir ki, rəhbərlik edib

1989-cu ildə, hələ sovet vaxtlarında Özbəkistan Kommunist Partiyasının katibi olandan bəri İslam Kərimov həmişə bu ölkənin lideri olub.

1990-cı ildə o, artıq ölkəyə Sovet Özbəkistanının kommunist lideri yox, müstəqil Özbəkistanın prezidenti kimi rəhbərlik etməyə başlamışdı.

1995-ci ildə keçirilmiş referendum onun prezidentlik müddətini 2000-ci ilədək uzatmışdı. 2000-ci ildə isə o, rəqibsiz keçirilən seçkidə qalib gəlmişdi.

2002-ci ildə keçirilmiş daha bir referendum isə prezidentlik müddətini 5 ildən 7 ilə uzatmışdı. Buna baxmayaraq, 2007-ci ildə Kərimovun prezidentlik müddətinin başa çatması bir elə diqqətə səbəb olmamışdı.

O 2007-ci ilin dekabrında və 2015-ci ilin martında keçirilən seçkilərlə daha iki müddət əldə etmişdi. Onun opponentləri bu seçkiləri rüsvayçılıq adlandırırdılar.

Cənab Kərimov müxalifətin istənilən formalarına qəddar reaksiya verir və ölkədə vətəndaş haqlarının olmamasına İslam ekstremizmi təhlükəsi ilə haqq qazandırırdı.

Son illərdə xaricdə onun mümkün varisi barədə məsələ müzakirə edilir və potensial xələf kimi böyük qızı Gülnarənin adı çəkilirdi.

Lakin 2013-cü ilin sonlarında ölkədə gedən hakimiyyət çəkişməsi və Gülnarənin adı ilə bağlı bir sıra korrupsiya və çirkli pulların yuyulması qalmaqalları nəticəsində xanım Karimova ev dustağı edilib.

2014-cü ildə prokurorlar xanım Kərimovaya qarşı cinayət ittiham irəli sürüblər. Özbəkistanın ən qüdrətli siyasi və biznes fiqurlarından biri olan Karimova ölkədən 65 milyon dollar oğurlamış cinayətkar dəstəyə daxil olmaqda ittiham olunurdu.

Onun nüfuzdan düşməsinə səbəb kimi anası və bacısı ilə aralarında olan ixtilaf, habelə Özbəkistan təhlükəsizlik xidmətlərinin qüdrətli başçısı Rustem İnoyatovla rəqabəti göstərilirdi.

Ölkədə son parlament seçkisi 2014-cü ilin dekabrında keçirilib və onsuz da bu məclisin heç bir real hakimiyyətə malik olmadığı və sadəcə olaraq prezidentin sərəncamlarını təsdiqləyən oyuncaq qurum olduğu söylənir.

Parlament ildə bir-iki dəfə hökumət siyasətlərini ratifikasiya etmək üçün toplaşır.

Ölkədə qanuni qaydada heç bir real müxalifət fəaliyyət göstərmir və demək olar bütün əsas müxalifət liderləri xaricdə mühacirətdədirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş