Angelina Jolie Kambocadakı qətliam, Brad Pitt və Trump haqqında

Angelina Jolie and her son, Maddox
Image caption Angelina Jolie Kambocanın onun üçün əsl oyanış olduğunu bildirib. Daha sonra aktrisa böyük oğlu Meddoksu buradan övladlığa götürüb

Kambocada yeni filminin təqdimatını edən Angelina Jolie bu ölkənin onun üçün "oyanış" olduğunu bildirib.

Aktrisa "Onlar əvvəlcə mənim atamı öldürdülər" filminin təqdimatı ərəfəsində BBC-ə eksklüziv müsahibə verib.

Film uşaqlıqda qırmızı kxemerlər tərəfindən həyata keçirilən qətliami müşahidə edən şahidin danışdıqlarından bəhs edir.

Filmin rejissoru qismində çıxış edən Angelinanın sözlərinə görə, film həmin zamanlarda dərin xəsarət alan Kamboca sakinlərinə açıq danışmaları üçün bir çağırışdır.

Bu ölkədə baş verən qətliam zamanı 2 milyon insan həlak olub.

BMT-nin qaçqınların işi üzrə Ali Komissar İdarəsinin xüsusi elçisi olan Jolie ilk dəfə Kambocada 2001-ci ildə, "Lara Croft: Məzar oğrusu" filminin çəkilişləri zamanı olub. Daha sonra aktrisa Kambocadan böyük oğlu Meddoksu övladlığa götürüb.

"Mən bu ölkəyə gəldim, bu ölkəni, onun xalqını sevdim və bu ölkənin tarixini öyrəndim. Mən o zaman ətraf dünya barədə nə qədər az şey bildiyimi anladım. Bu ölkə mənim üçün oyanış oldu və mən həmişə bu ölkəyə minnətdar olacam. Yəqin ki, bu ölkənin mənə verdiklərini mən heç vaxt bu ölkəyə qaytara bilməyəcəm", -deyə aktrisa bildirib.

Anlaşılmaz faciə

"Onlar əvvəlcə atamı öldürdülər" filmi yazar Lun Unun eyni adlı əsəri əsasında çəkilib. O zamanlar 1975-1979-cu illərdə Pol Potun ölkəyə rəhbərlik etdiyi zamanlarda 5 yaşı olan yazarın ailəsini qırmızı kxmerelər rejimi paytaxt Pnompendəki evini tərk etməyə məcbur ediblər. Bəzi məlumatlara görə, o zaman ölkənin dörddə bir hissəsi, 2 milyona yaxın insan rejim tərəfindən öldürülüb və ya acından ölüb.

"Mən qərara aldım ki, 40 il əvvəl baş verən bu müharibə və müharibə zamanı insanların yaşadıqları hadisələr kifayət qədər açıqlanmayıb", - deyə Jolie bildirib.

Filmin əksər hissəsi kxemer dilində səslənib. Lakin Jolie Kambocada baş verənlərin bütün dünyanın yaxşı anlamasına çalışdığını bildirib. O, həmçinin yerli sakinlər arasında filmin böyük təəssürat yaradacağına ümid etdiyini də qeyd edib.

"Mən ümid edirəm ki, bu film insanlara baş verənləri danışmasına kömək edəcək, çünki əksər şahidlər baş verənləri öz uşaqlarına belə danışmayıblar".

Çətin zamanlar yaşayarkən

Netflix şirkəti tərəfindən çəkilən bu filmin premyerası Siem Reap şəhərindəki Angkor Wat məbədində baş tutub. "Məzarlar oğrusuı" filminin bir çox epizodları bu məbəddə çəkilib.

Fotonun müəllifi EPA
Image caption Jolie filmin təqdimatında övladlarıyla birgə iştirak edib

Premyerada Jolie və onu altı övladı ilə yanaşı Kamboca kalı Narod Siamoni də iştirak edib. Kamboca kralı 2005-ci ildə ətraf mühitin mühafizəsi fondunundakı işinə görə minnətdarlıq etmək məqsədilə aktrisaya ölkə vətəndaşlığı bəxş edib. Jolie fondun təsisiçisi olub. Həmin gün Jolie ötən ilin sentyabrında Brad Pitt-lə ayrıldıqdan sonra ilk dəfə cəmiyyət arasına çıxıb.

2004-cü ildən bir yerdə olan Pitt və Jolie yalnız 2014-cü ildə rəsmən evləniblər.

"Bu çox ağır idi. Bir çox insanlar bu halı yaşayıblar. Mənim ailəm də çətin zamanlardan keçib. Lakin mənim bütün diqqətim mənim uşaqlarıma, bizim uşaqlarımıza yönəlib. Biz bir ailəyik və bu belə də qalacaq. Bu mənə hər şeyin ohdəsindən gəlməyə kömək edir. Mən vəziyyətdın çıxış yolu tapıram və bununla da biz daha güclü və daha yaxın oluruq", - deyə aktrisa bildirib.

Danışmaq arzusu

Bir qədər əvvəl Angelina Jolie ABŞ prezidentinin 7 müsəlman ölkəsinə viza qadağası qoymasıyla bağlı "New York Times" qəzetinə məqalə yazaraq Amerikanı qorxularına deyil, faktlara əsaslanaraq qərar çıxarmağa çağırıb.

Məqalədə konkret Trump haqqında danışmayan aktrisa "Amerika xalqı istənilən prezidentdən böyükdür " deyib.

Fotonun müəllifi AFP
Image caption Angelina Jolie ümid edir ki, bu film Kamboca sakinlərinə 40 il əvvəl baş verən hadisələri danışmasına kömək edəcək

"Mən öz ölkəmə, onun üçün dəyərli olan prinsiplər əsasında qurulan ölkəmə inanıram. Mənim fikrimcə, onun qorxu və nifrət hissləri əsasında qurulması barədə eşitdiklərimiz Amerika üçün yad bir şeydir. Maraqlısı odur ki, bütün dünyada insanların vətəndaş azadlığı və inandıqları hüquqlar uğrunda çıxış etdiklərini görürük. Biz Amerikada isə insanların "bu amerikasayağı deyil, bu konstitusiyaya ziddir", Mən belə düşünürəm" fikirlərini eşidirik".

Əlaqəli mövzular

Bu barədə daha geniş