Şəkildəki çiyələk hansı rəngdədir? İpucu: yox, qırmızı deyil

Клубника Fotonun müəllifi Matt Lieberman‏/Twitter

Bu çiyələkli tortun şəkili İnternetdə aktiv müzakirələrə səbəb olub. Bəs niyə?

İlk baxışdan qarşımızda pis keyfiyyətlə çəkilmiş və ya müəllifin rənglərlə oynadığı bir şəkil görürük.

Əslində isə hər şey daha qəlizdir: məsələ burasındadır ki, fotoda qırmızı piksellər tamamilə yoxdur. Lakin, bu bizim giləmeyvəni qırmızı görməmizə mane olmur.

Çiyələyin qırmızı rəngi yalnız bizim təxəyüllümüzdədir: çiyələklər mavi fonda göstərildiyi üçün mühakimə bizi yanıldır.

Fərqli işıqlandırmada əşyalar da, rənglər də başqa cür görünür. Məsələn, gün işığının ofisdəki fluoressensiya lampaları altında və yüngül işıqlandırılmış qonaq otağında əksi kimi.

Beynimiz görüntüdəki çatışmazlıqlara düzəliş edir ki, biz çiyələyi əvvəlki kimi qırmızı görə bilək. Bu, onu harada və ya hansı şərtlər altında yeməyimizdən asılı deyil.

İnsanın bu xüsusiyyəti, "rəng tənzimlənməsi" kimi qəbul olunub.

"Beyniniz deyir: "Bu çiyələkləri gördüyüm işığın mənbəyi onlara bir az göylük qatır, buna görə göy rəngi bütün piksellərdən avtomatik olaraq silirəm", Motherboard səhifəsinə müsahibəsində rəng sahəsi üzrə mütəxəssis Bevil Conway deyib.

"Boz pikselleri götürüb, göy pikselləri sildikdə, görüntü qırmızı kimi görünməyə başlayır," Conway izah edib.

Təbii ki, biz bilirik ki, çiyələk qırmızı olmalıdır. Bu da beynimizə rəngi düzəltməkdə kömək olur.

Çiyələkli tortun ilk dəfə şəklini Akiyoshi Kitaoka paylaşıb.

Fotonun müəllifi Akiyoshi Kitaoka/Twitter

Daha sonra isə müzakirəyə Matt Lieberman da qoşularaq, fotunun azacıq dəyişdirilmiş, eləcə də, qırmızı piksellər olmayan formasını Twitter hesabında bölüşüb.

Fotonun müəllifi Matt Lieberman/Twitter
Image caption "Bu fotoda qırmızı piksellər YOXDUR. Rəng tənzimlənməsinin mükəmməl sübutu"

Matt-ın paylaşdığı bu şəklə çox insan baxır. Bəziləri fotoya müqayisə üçün boz düzbucaqları əlavə edir. Carson Mell, bizə qırmızı kimi görünən bir neçə yerdən rəngin nümunələrini götürüb və ağ fona yerləşdirib.

Fotonun müəllifi Carson Mell/Twitter
Image caption "Mən ən "qırmızı" görünən yerlərdən rəngləri çıxarıb, sağda ağ fona yerləşdirdim"

Tim Hutton isə, çiyələklərin üzərinə boz zolaqlar əlavə edib.

Fotonun müəllifi Tim Hutton/Twitter
Image caption "Mən effekti göstərmək üçün üstünə üç düzbucaqlı çəkdim"

Əgər hər bir giləmeyvəyə ayrılıqda baxsanız, boz rəng daha aydın görünür (məsələn, fotodakı fonu əlinizlə örtərək).

Bir çoxları, 2015-ci ildə internetdə yayılan don şəkilini xatırlayır. Bəziləri onu göy-qara, bəziləri isə ağ-qızılı görürdü.

Qırmızı görünən boz çiyələklərin izahı isə fərqlidir. Lakin, hər iki halda söhbət, rəng tənzimlənməsindən gedir. Beynimiz işıqlanmandan asılı olaraq rəngə düzəliş verir.

Bu barədə daha geniş