Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib

İlham Əliyevlə Minsk Qrupunun həmsədrləri arasında görüş Fotonun müəllifi President.az

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Richard Hogland, İqor Popov və Stefan Viscontini qəbul edib.

Görüşdə ATƏT-in sədrinin xüsusi nümayəndəsi Andrzey Kaspszyk də iştirak edib.

Amerikalı həmsədr Richard Hogland deyib ki, hazırda Minsk Qrupu fəaliyyətini "yüksək səviyyəli görüşün reallaşdırılması istiqamətində" cəmləşdirib, APA xəbər verir.

Məlumata görə, rusiyalı həmsədr İqor Popov təmas xəttindəki son durumun müzakirə olunduğunu qeyd edib.

"Bildiyiniz kimi, təmas xəttində gərginlik var", fransalı həmsədr Stefan Visconti-dən sitat gətirilir. Amma onun dediyinə görə, "tərəflərin irəli getməyə istəyi var. Fikrimcə, bu, çox vacibdir".

Prezident Əliyevin rəsmi saytına əsasən rusiyalı həmsədr İqor Popov bildirdi ki, Minsk qrupunun tərkibində "ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər".

Bu barədə daha geniş