Uzaqgörən Che Guevara: Sovet İttifaqı kapitalizmə yeniləcək

Krusçov ve Guevara Fotonun müəllifi AFP/Agencia Estado
Image caption 1962-ci ildə çəkilən bu fotoda Che Guevara (sağda) SSRİ lideri Nikita Xruşşov ilə (solda)

Argentinalı inqilabçı Ernesto Che Guevara-nın Boliviyada qətlindən 50 il ötür. O, 1966-cı ildə Çexoslovakiyanın paytaxtı Praqada kiçik bir otaqda saxta pasportlar və üzünü dəyişdirən bir protezlə yeraltı həyat sürərkən, Sovet İttifaqının kapitalizmə yeniləcəyini təxmin etmişdi.

Kuba inqilabının liderlərindən biri olan Che Guevara, Sovet İttifaqının dağılmasından təxminən 25 il öncə "Kapitalizm qayıdır" deyə yazmışdı.

Bu cümlə Che-nin Qərbi Avropadakı sosialist hərəkatının gedişatını tənqid etdiyi və on illərlə nəşr edilməyən, hələ də çox tanınmayan mətninin bir parçasıdır.

Che kapitalist fikir və dəyərlərin Sovet iqtisadi siyasətinə təsir etməyə başladığını və ictimaiyyət üçün getdikcə daha çox maraqlı olduğunu yazırdı.

Bu fikirləri Che "Praqa Dəftərləri"ndə qələmə alıb. O, əsəri Konqoda döyüşüb qayıtdıqdan sonra, Boliviyada mübarizəyə qoşulmağa hazırlaşarkən Çexoslovakiyada yazıb.

Fotonun müəllifi Getty Images
Image caption Guevara Sovyetler Birliği'nin Marxist ilkelerden uzaklaştığını ve kapitalist değerlerin yeniden yükseldiğini yazdı

Bu, Che-nin həyatının silahı bir kənara atıb, fəlsəfə və siyasətə kökləndiyi, dövrünün Marksist müzakirələrinə qoşulduğu və xüsusilə də "sosializmin kommunizmə doğru dəyişməsi" hədəfinin qarşısını kəsən maneələr haqqında danışdığı bir zamanı olub.

50 il əvvəl Boliviyada öldürülən əfsanəvi şəxsiyyət, o zaman Marksizm və sosialist cəbhəyə hədəflənən tənqidlərində Sovet İttifaqı liderləri Lenin və Stalin ilə bağlı da fikir yürüdüb.

"Stalin dövrünün qeyri-konstruktiv doqmatizmi ortaya əsassız bir praqmatizm çıxardı. Və ən dəhşətlisi isə bunun müəyyən bir elm sahəsi ilə kifayətlənməməsidir. Bu sosialist xalqların həyat tərzinin bütün hissələrində mövcuddur və indidən böyük zərər gətirən, amma nə nəticələr verəcəyi bəlli olmayan təhriflər yaradır.

"Təcrübəmiz və nəzəri araşdırmalarımız müddətində, məsul şəxsin adını və soyadını kəşf edə bildik: Vladimir İliç Lenin."

(Ernesto Che Guevara, İqtisadi siyasətlə bağlı tənqidi qeydlər, 1966, Praqa)

Saxta pasportlarla gəzirdi

Guevara Praqaya ayaq basan zaman dünyanın əsas kəşfiyyat oqranları tərəfindən ən çox axtarılan adamlardan biri idi.

Gizləndiyi müddət ərzində saxta Uruqvay və İspaniya pasportlarından istifadə edib, saqqalını kəsib və üzünü daha yaşlı göstərən bir protez taxıb.

Bu, partizan liderinin həyatı haqqında yazılan ən tutarlı bioqrafiyalarda belə, cəmi bir neçə səhifə tutan və ən az bilinən bir dövrüdür.

Fotonun müəllifi Getty Images
Image caption Guevara Anqolaya getdiyi 1964-cü ilə qədər Kuba hökumətini təmsil edib

Ernesto Guevara-nın 1966-cı ildə harada olduğunu neçə nəfərin bildiyi məlum olmasa da, çex yazıçısı və tərcüməçisi Blanka Starkova 2013-cü ildə mövzu ilə bağlı "O qədər gizli idi ki, Çex siyasi elitası belə, bundan 70-ci illərin əvvəllərində xəbər tutmuşdu" deyib.

Che-nin Qərbi Avropa şəhərləri arasında niyə məhz Praqanı seçməsi də bilinmir, lakin mütəxəssislər məqsədi, onun gözdən uzaq bir yerdə qalmaq istəyi qiymətləndirirlər.

"Praqa fikri Kuba Kəşfiyyat Xidmətindən qaynaqlanır"

Guevara-nın Praqada keçirdiyi müddət haqqında argentinalı diplomat Abel Posse-nin qələmə aldığı "Los Cuadernos de Praga" (Praqa Dəftərləri) adlı tarixi romanını çex dilinə tərcümə edən Starkova deyir: "Bu işi Kuba Kəşfiyyat xidməti təşkil edib."

Abel Posse Guevara-nın fikirlərinə paylaşmasa da, onun Praqadakı dövrünü ən yaxşı tədqiq edən yazıçıdır.

Starkova-nın sözlərinə görə, "bu müddət, Konqoda yaşadığı məyusluq və məğlubiyyət ilə Boliviyada qarşılaşacağı tragik son arasındakı təxminən 6 ayı əhatə edir".

Diplomat Abel Posse həmin müddəti araşdırmaq üçün illər sonra Praqaya gedib və Che-nin oradakı həyatını anlamağa çalışıb.

"Praqa 1966. Fəlsəfə qeydləri, Cafe Slavia. İlk yalnız səyahətim. Çay içdim və evə qayıdan bir döyüşçüyə yaraşan şəkildə tənbəkimi Amsterdam tütünü ilə çəkdim. Pəncərə kənarındakı masaya əyləşib Praqa Dəftərlərinin açılışını etdim."

Stalinin əmri əsasında tərtib olunan kitabı tənqid edib

Guevara-nın bioqrafiyasını qələmə alanlar, onun yazılarında daima hərbi təcrübəsinə və özünü Kuba hökuməti tərkibində öhdəliyinə götürdüyü vəzifələrə əsaslandığını göstəriblər.

Fəqət Praqa dövrü bəlkə də ən çox Guevara-nın düşünmək və fikirlərinə qələmə almaq baxımından əhəmiyyət daşıyır.

Fotonun müəllifi Getty Images
Image caption Guevara təxminən altı ay Praqada yaşayıb

O, on illərcə sosializmin nəzəri kompası hesab olunan və 1954-cü ildə Sovet Elmlər Akademiyası tərəfindən Stalinin əmri əsasında tərtib olunan Siyasi İqtisadiyyat dərsliyini də məhz bu dövrdə tənqid edib.

Argentinalı fəlsəfə professoru Lucas Villasenin deyir ki, Çexoslovakiyada olduğu aylarda Guevara, "Afrikadakı partizan hərəkatı təcrübəsinin məruz qaldığı məğlubiyyətlərdən sonra, bir dəyərləndirmə və öyrənmə dövründən keçib".

"Fəlsəfə onun düşüncəsinə demək olar ki, hakim kəsilmişdi. Lakin bunu ümumi olaraq maariflənmək və ya biliyini artırmaq üçün etmirdi. O, anlamışdı ki, fəlsəfə dəyişdirmək istədiyi dünya üçün bir açar rolunu oynayır," Che mütəxəssisi professor Villasenin deyir.

Villasenin, Guevara-nın ikinci arvadı Aleida March-ın Che-nin alman filosofu Hegeli böyük maraqla oxuması ilə bağlı xatirəsini də yada salır.

"Bazar subsidiyaları, fərdi subsidiyalar və kapitalizmə xas xüsusiyyətləri, yəni sosializmin kapitalizm silahları ilə inşasını sorğulayırdı," professor Villasenin Che-nin Sovet doktrinasına tənqidi münasibəti mövzusunda söyləyir.

Fotonun müəllifi Getty Images
Image caption Che-nin yaşadığı illərdə Praqa küçələri belə görünüb

Argentinalı professor, Che-nin Sovet İttifaqının sadəcə iqtisadi siyasətini deyil, "mübahisələrin avtoritar və anti-demokratik yollarla aparılmasını" sorğuladığını da deyir.

"Digər tərəfdən də Kuba iqtisadiyyatının Sovet İttifaqı ilə iqtisadi münasibətlərini və asılılıq münasibəti yaratmamaq şərti ilə qismən dəstəkləmək lazım idi. Necə ki bu (aslılıq münasibəti), Che-nin ölümündən sonra dəyişdi və Kuba iqtisadiyyatı şəkər qamışını dərhal tamamilə SSRİ üçün istehsal etməyə başladı.

'Ziddiyyətlər kapitalizm lehinə həll olunur'

Praqaya getməmişdən bir il əvvəl Che, dövrünün Kuba Mədəniyyət naziri Armando Hart-a yazdığı məktubda SSRİ-dən göndərilən Marksist yazısını "Sovet kərpicləri" deyə təqdim edirdi.

Guevara-nın 1963-1965-ci illə arasındakı işlərində də "Sovet İttifaqının başqa ölkələrə sosializm ixracı və "Kubanın asılılığı" barəsində tənqidlərini də görmək olar.

Lakin Che-nin Sovet İttifaqı, xüsusilə də mənimsədiyi iqtisadi siyasətlər mövzusundakı tənqidləri ən dəqiq şəkildə Praqa Dəftərlərində ifadə edib.

Bu qeydlərdə Che, Sovet İttifaqının ilk illərində Lenin tərəfindən bir növ zəruri keçid dövrü iqtisadiyyatı olaraq tətbiq olunan "Yeni İqtisadi Siyasət"i (YİS) sərt şəkildə tənqid edir, bu siyasətin istehsal münasibətlərində dəyişikliklər yaratdığını, ziddiyyətlərin kapitalizm lehinə həll olunduğunu və kapitalizmin yavaş-yavaş geri getdiyini yazır.

Fotonun müəllifi Getty Images
Image caption 1989 və 1991-ci illərdə Sovet rejimi tənəzzül dövründə idi və Leninin heykəlləri da yığışdırılırdı

Che-nin Sovet İttifaqına tuşlanan tənqidləri və Kubaya xəbərdarlıqları getdikcə sərtləşir, amma ABŞ embarqosunun başladığı illərdə bu kiçik ada dövlətinin iqtisadiyyatını getdikcə daha çox Qərbi Avropa və Sovet İttifaqından asılı hala gəlir.

Guevara isə Praqa Dəftərləri deyə bilinən qeydlərini qələmə aldıqdan bir il keçməmiş Boliviyada qətlə yetirilib.

Ernesto Che Guevara-nın dünya miqyasında tanınan bir şəxs olduğu bir həqiqətdir, fəqət yazdıqları Antonio Gramsci, Louis Althusser, hətta Mao Zedong-un əsərləri kimi Marksist nəzəriyyəsinin mühüm nəzəri mətnləri olaraq görülmür.

Lakin daha sonrakı illərdə Fidel Castro-nun da qəbul etdiyi kimi Che, ən azından bir söhbətdə haqlı çıxıb.

O, "tarixin çarxlarının" geriyə dönə biləcəyini və Sovet modeli sosializmin heç də yenilməz olmadığını və SSRİ-nin dağılmasını haradasa 25 il əvvəl qabaq təxmin edə bilmişdi.

Bu barədə daha geniş