Dünya mediası Ermənistandakı vəziyyət barədə nə yazır?

Etirazçı və polis Fotonun müəllifi Getty Images
Image caption Ermənistanda etiraz nümayişləri vaxtı kütləvi həbslər baş verib

Ermənistanda davam edən etiraz çıxışları bazar ertəsi 10 ildir ki, ölkəni idarə edən Serj Sarkisyanın istefası ilə nəticələnib.

İzdihamlı nümayişlərin başında olan Nikol Paşinyan etirazların nəticəsini "məxməri inqilab" kimi səciyyələndirib və hazırda hakimiyyətlə danışıqlara hazırlaşır.

Bu arada dünya mətbuatında Ermənistanda "gözlənilməz" hakimiyyət dəyişikliyinə dair təhlillər dərc olunub.

BBC Azərbaycanca onlardan bəzilərinin xülasəsini hazırlayıb.

Geosiyasət yoxsa - etiraz

Carnegie Beynəlxalq Sülh İnstitutunun baş araşdırmaçısı Tom De Waal nüfuzlu Foreign Policy nəşri üçün yazdığı təhlildə bildirir ki, Ermənistanda baş verən "gözlənilməz" hadisələr sırf etirazlardır və onlarda hər hansı bir geosiyasət əlamətlərini axtarmağa ehtiyac yoxdur.

Onun sözlərinə görə, Rusiyaya müttəfiq olan hər hansı bir post-sovet ölkəsində küçə etirazları nəticəsində liderin kənarlaşdırılmasının ardınca Washington və Moskvada təhliçilər geosiyasi nəticələrdən bəhs etməyə başlayırlar. Lakin bu dəfə vəziyyət fərqlidir - Ermənistanda baş verən etiraz sırf etirazdır, məqalədə deyilir.

Müəllifə əsasən Serj Sarkisyanın süqutu geosiyasətlə bağlı deyil və post-sovet rejimlərinin məsafədən göründüyündən daha zəif olmasına dəlalət edir.

Fotonun müəllifi Tom De Waal
Image caption Tom De Waal hesab edir ki, hadisələr sırf etiraz olub və bunda geosiyasət əlamətləri axtarmağa ehtiyac yoxdu.

"...Regionun köhnə rejimləri kənardan heç bir təkan olmasa da rahatca çokə bilər", - yazan Tom De Waal hesab edir ki, hadisələrlə bağlı Ermənistanın hüdudları kənarında da geosiyasi dəyişiklər gözləmək lazım deyil.

Putinə dərs

Bloomberg agentliyi yazır ki, 2014-cü ildə Ukraynadakı "Ləyaqət İnqilabına" Rusiyanın sərt reaksiyasının ardınca Moskvaya dost olan Ermənistanda kütləvi inqilab gözlənilməz olub.

Lakin bazar ertəsi ölkəni iflicə salan kütləvi etirazlar baş nazir Serj Sarkisyanı istefaya məcbur etdi.

Fotonun müəllifi AFP
Image caption Nikol Paşinyan Yerevanda davam edən etirazları "məxməri inqilab" olduğunu deyir.

Leonid Berşidskinin məqaləsində deyilir ki, Rusiyanın müdaxiləsi gözlənilməsə də, Sarkisyanın karyerası konstitusiya məhdudiyyətini aradan qaldıraraq öz hakimiyyətinin uzadılmasına tamah göstərə biləcək Putin üçün də maraqlı ola bilər.

Rusiyanın rbc.ru internet nəşri də olayları geosiyasi müstəvidən təhlil edir.

Məqalədə deyilir ki, rusiyapərəst Serj Sarkisyandan fəqrli olaraq müxalifət lideri Nikol Paşinyan Ermənistan hökumətini beynəxlaq partnyorların birtərəfli seçiminə görə tənqid edib.

Onun tərəfdaşları isə "dekommunizasiya" barədə danışıblar ki, ənənəvi olaraq Moskvada şübhə ilə qarşılanır.

Qarabağ klanı

Vzqlyad nəşri Serj Sarkisyanın da mənsub olduğu "Qarabağ klanı"nın gələcəyi haqqında yazır.

"Qarabağlı"ların hakimiyyətdən kənara sıxışdırılması Ermənistanda dövlətin çokməsinə səbəb ola biləcək, fəlakətli, dərin sarsıntılar yarada bilər.

"Ermənistanı bir neçə klan idarə edir, "Qarabağlı"lar əsas klan olsa da, yeganə deyil və elita daxilində mübahisələr ilk növbədə ona əl vermir, çünki bu real inqilab və üsyana doğru sürükləyə bilər".

Qəzet yazır ki, belə bir ssenari onsuz da zəif və çətin vəziyyətdə olan dövləti kənar qüvvəyə daha çox möhtac edə bilər.

Rusiyanın saat minası

"Yalnız Qarabağı əhatə etməyən (müharibədən əvvəl o, ikimillətli olub), sırf Azərbaycan rayonları da daxil qonşu ölkədən alınan ərazilər daima zaman minası təşkil edir. Daha zəngin və əhalisi artıq olan Azərbaycan heç bir vaxt torpaqları qaytarmaq tələbindən imtina etməyəcək", - Vzqlyad yazır.

Hakimiyyət dairələrinə yaxın nəşrdəki məqalədə deyilir ki, bu mina Ermənistanın Rusiya müttəfiq qaldığı təqdirdə işə salına bilməz.

Fotonun müəllifi AFP
Image caption Vzqlyad nəşrinə görə Azərbaycanla müharibəyə görə Ermənistan Rusiya ilə ittifaqdan çıxa bilməz.

"...Hamı baş düşür ki, Bakı heç bir vaxt Rusiyanın müttəfiqi olan ermənilərlə müharibəyə gedə bilməz".

Presedent

Ermənistan lideri kütləvi etirazlar nəticəsində öz vəzifəsini tərk edən ilk erməni lideri oldu, carnegie.ru təhlil mərkəzinin icmalında qeyd olunur.

"Bunu nə 1996-ci ildə Ter-Petrsoyan (onun istefası başqa, Qarabağ danışıqlar prosesinə aid məsələlər nəticəsində baş vermişdi) nə də ki, 2003-cü ildə Robert Koçaryan etdi".

Bu barədə daha geniş