İtaliyada zəlzələ: fövqəladə vəziyyət elan olunub

Xilasedicilər Fotonun müəllifi Press Eye
Image caption Dağlıq bölgədə baş verən təkrar yeraltı təkanlar 5000 xilasedicinin işini çətinləşdirir.

İtaliya çərşənbə günü baş verən zəlzələdə yoxa çıxan insanların axtarışını sürətləndirmək üçün fövqəladə vəziyyət elan edib. Xilasedici dəstələr dağıntılar altındakı insanları xilas etmək üçün ikinci gecədir ki, axtarışları davam etdirir.Buna baxmayaraq, yeraltı təkanlar 5000 xilasedicinin işini çətinləşdirir.

İtaliyanın baş naziri yenidən qurma üçün 50 milyon avro vəd verib.

Buna əlavə olaraq, Matteo Renzi sakinlər üçün nəzərdə tutulan vergini də ləğv edib və bayağı tikintiyə görə yayılan tənqidlərlə bağlı "İtalyan evləri" adlı yeni təşəbbüs irəli sürüb.

O həm də əlavə edib ki, İtaliyanın tam zəlzələyə davamlı evlər tikməyi bacarmasını düşünmək tamamilə "absurddur".

Bu fikir yerli mediada yüksək riskli ərazilərdə tikinti standartı ilə bağlı tənqidi yazılar getməsindən sonra səsləndirilib. Dağılan evlərin bəziləri bu yaxınlarda yenidən təmir olunmuşdu, yerli media yazır.

6,2 bal gücündə zəlzələ çərşənbə günü yerli vaxtla saat 3:36-da, Romanın 100 kilometr şimal-şərqində baş verib.

Image caption Yeni məhəllələrlə (sağda) müqayisədə Amatriçenin taxiri hissəsində (solda) daha miqyaslı dağıntıların olduğu nəzərə çarpır.

Zəlzələdən əsasən dağlıq ərazidə yerləşən və turistlərin yay tətili üçün üz tutduğu Umbria, Latsio və Le Marche aid kiçik şəhər və kəndlər zərər çəkib.

200-dən çox insan yalnız Amatriçe-da ölüb, Ansa xəbər agentliyi yazır.

Yanğın departamentinin rəsmi nümayəndəsi, Lorenzo Botti, etiraf edib ki, onlar zamanla mübarizə aparırlar.

"Bu şərtlər altında və bu cür tikili şəraitində sağ qalmış insanları axtarmaq çətindir", o deyib.

Polis şəhərdə boş evə daxil olaraq oğurluq etmək istəyən bir kişini saxlayıb, Ansa yazır.

İki yanğınsöndürən sağ qalanları axtarmaq üçün dağıntıların dərinliyinə dalıb və onlardan biri "bu itdir", deyə qışqırıb.

"Bizim üçün fərq etmir bu insandır ya heyvan, biz onu xilas etdik", yanğın üzrə məsul rəsmi Gianni Macerata deyib.

Beləliklə, dağıntılar arasında qazma işləri davam edir. Lakin Peskara-del-Tronto şəhərindən o qədər az yer qalıb ki, orda sağ qalanların tapılması ehtimalı azalıb.

Bu barədə daha geniş