“Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri

"Qarabağ" Bakıda "Göteborg" üzərində 3:0 qələbəyə sevinir Fotonun müəllifi Peşəkar Futbol Liqası
Image caption "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçin "Göteborg" klubuna 3:0 qalib gəlib

Bu il Avropa Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" və "Qəbələ" klubları yenə də liqanın qrup mərhələsinə vəsiqəni təmin ediblər.

Cümə günü keçirilmiş püşkatmanın nəticələrinə görə "Qarabağ" J qrupunda İtaliyanın Fiorentina, Yunanıstanın PAOK və Çexiyanın Liberec klubları ilə qarşılaşacaq.

C qrupunda çıxış edəcək "Qəbələ"nin rəqibləri isə bunlardır: Anderlecht (Belçika), St-Étienne (Fransa) və Mainz (Almaniya).

Pley-offda İsveçin "Göteborg" klubu ilə qarşılaşan "Qarabağ" səfərdə keçirilmiş ilk görüşdə 1:0 məğlub olmasına baxmayaraq, cümə axşamı keçirilmiş cavab qarşılaşmasında 3:0 qalib gələrək qrupda çıxış etmək imkanı qazanıb.

Qolları 19-cu dəqiqədə Rəşad Sadıqov, 26-cı dəqiqədə Muarem Muarem, 51-ci dəqiqədə isə Dani Quintana vurub.

"Qəbələ"nin rəqibi isə Sloveniyanın "Maribor" klubu olub.

Keçən həftə Bakıda keçirilmiş görüşdə rəqibinə 3:1 hesabə ilə qalib gəlməyi bacaran qəbələlilər, cavab görüşündə 1:0 məğlub olublar.

Buna baxmayaraq, iki görüşün nəticəsinə görə "Qəbələ" bu il də Azərbaycanı Avropa Liqasında təmsil etmək şansı qazanıb.

"Qarabağ" bununla ardıcıl üçüncü, "Qəbələ" isə ikinci ildir ki, Avropa Liqasının qrupuna vəsiqə qazanır.

Əlaqəli mövzular

BBC-nin digər saytlarında