Almaniyalı nazir: Brexit Aİ-nin sonu ola bilər

Almaniyanın ikinci adamı olan Sigmar Gabriel deyib ki, Brexit diqqətlə idarə olunmursa AB dağıla bilər Fotonun müəllifi Getty Images
Image caption Almaniyanın ikinci adamı olan Sigmar Gabriel deyib ki, Brexit diqqətlə idarə olunmursa AB dağıla bilər

Almaniyanın vitse-kansleri xəbərdarlıq edib ki, əgər Böyük Britaniyanın çıxması ilə bağlı məsələlər pis idarə olunursa Avropa Ittifaqının gələcəyi şübhələr altında ola bilər.

Sigmar Gabriel deyib ki, digər ölkələr də Böyük Britaniyanın etdiklərini davam etdirsələr Aİ "quruya bilər" və Böyük Britaniya məsuliyyət daşımadığı halda Avropa haqqında "yaxşı şeylər" saxlaya bilməz.

Bu fikir, Böyük Britaniyanın baş naziri Theresa May-in ölkənin İttifaqdan çıxması barədə nazirlərlə müzakirə aparmasından sonra səsləndirilib.

BBC-nin siyasi müxbiri Chris Mason deyib ki, xanım May "Əslində Brexit nə deməkdir?" sualına kabinet stolu ətrafından müxtəlif cavablar eşitmək istəyirdi.

Almaniyanın, həm iqtisadiyyat naziri və kansleri Angela Merkel-in müavini olan cənab Gabriel mətbuat konfransında deyib ki, nəticə olaraq dünya Avropanı qeyri-stabil qitə kimi qiymətləndirir.

"Brexit pisdir, lakin bu bizi bəzi qorxular kimi iqtisadi cəhətdən incitməməlidir- bu daha çox psixoloji problemdir və böyük siyasi problemdir", o deyib.

"Əgər biz Brexit-i yanlış yolda təşkil etsək, onda dərin problemdə olacağıq. Ona görə də indi əmin olmalıyıq ki, biz heç bir məsuliyyət daşımadığı halda Böyük Britaniyaya, necə deyərlər, Avropa ilə bağlı olan yaxşı şeyləri saxlamağa icazə vermirik."

Xanım Merkel sentyabr ayında keçiriləcək Aİ-nin gələcək perspektivinə köklənən sammitə zəmin hazırlamaq üçün ötən həftə bir neçə Avropa lideri ilə görüşüb.

O deyib ki, birlikdə qalan ölkələr bir-birinə diqqətlə qulaq asmalı və tez qərar qəbul etməkdən yayınmalıdır.

BBC-nin digər saytlarında