Azərbaycan mətbuatı: "Azadlıq" qəzeti bu gün satışda olmayıb

Fotonun müəllifi Azadliq

"Azadlıq": "Azadlıq" qəzeti bu gün satışda olmayıb

Dünən, avqustun 28-də "Azadlıq" qəzeti öz internet səhifəsində belə bir bildiriş yerləşdirib: "Yaranmış bəzi problemlər səbəbindən "Azadlıq" qəzetinin bu gün dərci mümkün olmayıb. Buna görə də sabah qəzet satışda olmayacaq. "Azadlıq"ın növbəti sayı avqustun 30-da satışda olacaq. Yaranan problemə görə oxucularımızdan üzr istəyirik."

"Azərbaycan": Azərbaycanın xarici işlər naziri Gürcüstana yola düşüb

Fotonun müəllifi MFA
Image caption 29 avqustda xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Mixeil Janelidze ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 29-da Gürcüstana rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixeil Canelidze, parlamentin sədri David Usupaşvili və Baş nazir Giorgi Kvirikaşvili ilə görüşəcək.

"Yeni Müsavat": Vəkil: Əli İnsanov nikbindir, amma məhkəmədən ədalət gözləmir"

Fotonun müəllifi APA
Image caption Əli İnsanov 2005-ci ildə keçirilən parlament seçkilərindən öncə həbs olunub

Vəkili Toğrul Babayev azadlığa çıxmasına 57 gün qalmış əlavə cinayət maddələri ilə təqsirləndirilərək, 13 saylı cəzaçəkmə müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülən sabiq səhiyyə naziri Əli İnsanovla görüşüb.

Vəkil "Yeni Müsavat"a açıqlamasında deyib ki, Əli İnsanov Kürdəxanı təcridxanasında saxlanılır.

Ə.İnsanov burada suyun pulla verildiyini, təcridxananın çox isti olduğunu deyib.

"Əli İnsanov bu ittihamların heç birini qəbul etmir. Əli İnsanovun guya xəsarət yetirdiyi əməkdaşı, yəni Anar Məmmədovu tanımırıq, yalnız onu bilirik ki, Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin işçisidir, zabitdir. Hüquqlarını müdafiə etdiyim şəxs qarşıda keçiriləcək məhkəmədən ədalətli heç nə gözləmir. Son dərəcə sakit və nikbindir. Səhhəti də normaldır. Bizim əvvəldən əlavə cinayət işinin açılacağı barədə ehtimallarımız var idi. Xatırlayırsınızsa, iyun ayında belə bir xəbər mətbuatda yayılmışdı ki, İnsanova qarşı belə bir cinayət işi qaldırılıb. Bu məlumatları təkzib etmişdik. Əli İnsanovla bağlı bu barədə söhbətimiz olanda demişdik ki, son dərəcə ehtiyatlılığı qorumaq lazımdır. O bizə demişdi ki, mən qədər ehtiyatlı olsam da, hər hansı bir əməkdaş, şəxs üzümə durub hansısa hadisəni törətdiyimi deyə bilər, çünki bura qapalı yerdir. Onun 70 yaşı var, alim adamdır. Cəza çəkdiyi 11 illik müddətdə həbsxanada heç bir qanun pozuntusuna yol verməyib. O ki qaldı, kiməsə hücum eləsin, xəsarət yetirsin," cəkil Toğrul Babayev deyib.

BBC-nin digər saytlarında