Minlərlə miqrant Liviya sahillərində xilas edilib

Fotonun müəllifi AP
Image caption Miqrantların əksəriyyəti yoxsulluq və müharibədən qaçır

İndiyədək ən böyük sayılan xilasetmə əməliyyatında 6500-ə yaxın miqrant Liviya sahillərində xilas edilib, İtaliya sahil təhlükəsizlik xidməti deyir.

40 əlaqələndirilmiş xilasetmə komandası əməliyyatı Liviya şəhəri olan Sabratha-dan 20 kilometr uzaqlıqda aparıb.

Bazar günü eyni ərazidə 1100-dən çox miqrant xilas olub.

Liviyadakı qeyri-stabillik ölkəni insan alveri üçün mərkəzə çevirib.

Hadisə yerində çəkilən videoda göstərir ki, insanlar Eritreya və Somalidən gəldiklərini deyir, bəziləri əl çalır, bəziləri gəmini xilas etmək üçün dənizdə üzərək xilasedicilərə doğru gəlir, gəmidə olanlar isə əsasən uşaqları saxlayır.

Miqrantları gətirən gəmi insanlarla doldurulub və xilasedici komandaya çatana qədər lazım olan yanacaqla təmin olunub, AP yazır.

Fotonun müəllifi AP
Image caption Miqrant 5 günlük oğlunu xilasetmə qayığına gətirir

Ötən il, əksəriyyəti Suriyadakı vətəndaş müharibəsindən qaçan bir milyon miqrant Avropaya gəlib ki, bu da axının öhdəsindən gəlməyə çalışan ölkələrdə böhrana səbəb olub və köçüb gələn insanlarla yaxşı işin qurulması üçün AB-də diviziyalar yaradılıb.

Balkan ölkələri sərhədlərini miqrantların üzünə bağladığına görə axının qarşısını almaq üçün və gələn insanların sayını azaltmaq üçün mart ayında AB Türkiyə ilə danışıqlara başlayıb.

Buna baxmayaraq, Afrika ölkələri olan Eritreya və Somalidən, o cümlədən qərbi Afrika ölkələri olan Nigeriya və Qambiyadan insanlar hələ də Liviyanı keçməklə İtaliyaya çatmağa çalışır.

Beynəlxaq Miqrasiya Təşkilatının yaydığı məlumatlara əsasən, bu il ərzində 106 mindən çox insan İtaliyaya çatıb ki, onlardan 2726 nəfəri yolda dünyasını dəyişib.

Təşkilat deyir ki, hazırda Liviyadan keçərək gəlmək üçün gözləyən 275 min miqrant var.

Ümumilikdə, bu il ərzində Afrika, Asiya və Mərkəzi Asiyadan olan 284 min miqrant müxtəlif yollarla Avropaya daxil olub.