Bəstəkar Oktay Zülfüqarov vəfat edib
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Uşaq mahnılarının bəstəkarı Oqtay Zülfüqarov vəfat edib

Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarov vəfat edib.

Daha çox uşaq mahnılarının bəstəkarı kimi tanınan Oqtay Zülfüqarov, Qara Qareyevin tələbəsi olub.

Zülfüqarov bir çox opera, musiqili komediya, simfonik poema və digər musiqi əsərlərinin müəllifidir.

O, 2010-2012-ci illərdə Məlik Məmməd nağılı əsasında uşaqlar üçün Sehirli Alma iki hissəli balet və eyni zamanda musiqi dəsrlikləri yazıb.

Ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına həsr etmiş bəstəkar ikinci Fəxri xiyabanda dəfn olunub.

BBC Azərbaycanca müxbiri Vüsal Həmzəyev onun uşaqlar üçün yazdığı əsərlərə nəzər salıb.

Əlaqəli mövzular