Moody’s: Azərbaycan sərmayəyə nəzarəti həyata keçirə bilər

Valyuta mübadiləsi

Moody's Azərbaycanla bağlı son hesabatında qeyd edir ki, ölkədə ən böyük valyuta böhranı nizamlanmadığı üçün Azərbaycan hansısa tənzimləmə yolları barədə yenidən düşünə bilər, Bloomberg xəbər verir.

"Sərt pul siyasəti bank sistemində dollar çatışmazlığının "effektiv" həllini təmin etməyib," hesabatda deyilir.

Yaranmış qıtlıq o dərəcədə ciddidir ki, bir çoxları dollar satışını dayandırıb, məlumatda deyilir.

Bazar ertəsi Bakının mərkəzində yalnız bir bankın, AzərTürk Bankın hər bir şəxsə 200 dollardan artıq olmayaraq xarici valyuta satdığı və bankın önündə böyük növbənin yarandığı bildirilir.

"Hazırki məhdud likvidlik vəziyyəti hansısa nəzarətin həyata keçirilməsinə gətirib çıxara bilər, əks halda əməliyyatlar paralel bazarlarda baş tutacaq," Moody's təhlilçiləri bildiriblər.

Həmçinin oxuyun: Dollar qıtlığı - BBC Azərbaycanca müxbiri bank filiallarında nə gördü?

Əlaqəli mövzular

Bu barədə daha geniş