Şimali Koreya dənizə "üç ballistik raket buraxıb"

Scud raketinin replikası Fotonun müəllifi AFP/GETTY IMAGES
Image caption Şimali Koreyanın bundan əvvəl buraxdığına bənzər Scud raketinin replikası

Şimali Koreya ölkənin şərq hissəsindən dənizə üç ballistik raket buraxıb, Cənubi Koreya rəsmiləri deyir.

Raketlər Hwangju regionundan atlıb, Yonhap xəbərlər agentliyi Cənubi Koreyanın hərbi komandanlığına istinadla bildirir.

Raketlərin növü və hansı məsafəyə atılması barədə məlumat yoxdur.

Şimali Koreyaya nüvə və ya ballistik raket texologiyasını sınaqdan keçirmək qadağan olunub, amma son aylarda bu ölkə dəfələrlə raket sınağı keçirib.

Cəmi iki həftə əvvəl Şimali Koreya şərq sahilindən, donanma gəmisindən raket atmışdı. Bu, Cənubi Koreya və ABŞ-ın illik hərbi təlimlər keçirdiyi vaxtda baş vermişdi - adətən bu təlimlər Şimali Koreyanı qəzəbləndirir.

Bu dəfə isə Şimali Koreyanın dənizə raket atması dünya liderlərinin G20 iqtisadi sammiti üçün Çində toplaşdığı bir vaxtda baş verir. Çin ilk dəfədir ki, belə bir zirvə toplantısına rəhbərlik edir.