İranın Azərbaycandakı səfiri Mohsen Pakayın Azərbaycanın iranlı məşqçilərinə görə "şərəf" duyur

Reza Mehmandoust və Radik İsayev Fotonun müəllifi Jamie Squire / Getty
Image caption Azərbaycan taekvando komandasının məşqçisi Reza Mehmandust (solda) və Rio 2016-da taekvando üzrə qızıl medalçı Radik İsayev

Azərbaycanın taekvando və güləş komandalarının Olimpiya Oyunlarında uğurlarından danışan iranlı diplomat onların məşqçilərinin iranlı olmasını önə çəkib.

İranın Azərbaycandakı səfiri Mohsen Pakayin deyib ki, Azərbaycanın taekvando komandasına təlimlər keçən Reza Mehmandust "İran taekvandosunun böyük və hörmətli məşqçilərindən biridir" və 2012-ci ildə dünyada ən yaxşı məşqçi adını qazanıb, İRNA xəbər verir.

Reza Mehmandust 7 il İranın taekvando komandasının məşqçisi olub və 2014-cü ildən Azərbaycanın taekvando kişilər komandasına təlimlər keçir.

"Onun baş məşqçi kimi Azərbaycan respublikasının milli komandasına gətirdiyi şöhət bizim (İran) idmanımıza şərəf gətirir və o, şərəfləndirilməli və təriflənməlidir".

Pakayin həmçinin Azərbaycan güləş komandasının medal qazanan iranlı məşqçisi Cəmşid Xeyrabadini alqışlayıb.

Cənab Pakayin deyib: "Bu şəxslər bizim mədəniyyət səfirlərimizdir. Onların fəaliyyəti İran və Azərbaycan dostluğu və mədəni əlaqələrini gücləndirir".

BBC Monitoring xəbər verir ki, 2012-ci ildə Xeyrabadi İran idman rəsmilərilə narazılıqdan sonra Azərbaycan güləş komandasının baş məşqçisi kimi dörd illik müqaviləyə qol çəkib.

Əlaqəli mövzular