İçərisində ikən evi sökülən sakinlərin fəryadı
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İçərisində ikən evi sökülən sakinlərin fəryadı

Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev 36 ünvanında yerləşən binalar içərisində insan yaşadığı halda sökülür, sakinlər belə deyir.

Binanın ikinci mərtəbəsində bir, birinci mərtəbəsində isə 2 ailə ilə razılıq əldə olunmadığından onlar hələ də orda yaşamaqda davam edirlər. Buna baxmayaraq tikintini aparan şirkət işçiləri binanın damını söküb və nəticədə yaşayış olan mənzillərdən birinin tavanında çatlar yaranıb.

Sakinlərin sözlərinə görə "onlara diqqət edən yoxdur" və onlarla "heç danışmırlar". Aprel ayında sakinlərlə danışıqlara başlayanda onlara kompensasiya haqqında "təklif olacağı" deyilsə də, bir neçə aydan sonra bu təklif inkar edilib.

Söküntü işləri Nazirlər Kabinetinin bu ilin fevral ayında verdiyi, 9 rayonun sosial iqtisadi inkişafının sürətləndirilməsi barədə qərarına əsasən iyul ayından başlayaraq aparılır. Suraxanı Rayon İcra Hakimiyyətinin sözçüsü isə deyir ki, sakinlər “köçməyəcəklər, onda da sökməyəcəklər".

"Gözləyərik, yəqin ki, nə vaxtsa razılşıb köçərlər".

Ətraflı məlumat Elnarə Məmmədovanın hazırladığı videoreportajda.

Əlaqəli mövzular