ATƏT nümayəndəsi Dunja Mijatovic "Azadlıq" qəzeti ilə bağlı hökumətə müraciət edəcək

Dunja Mijatovic Fotonun müəllifi OSCE
Image caption "Mən ümid edirəm ki, problem qısa zamanda öz həllini tapacaq və qəzet yenidən çap olunacaq", Dunja Mijatovic deyib

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic hazırda fəaliyyətini dayandırmış "Azadlıq" qəzeti ilə bağlı Azərbycan hökumətinə müraciət edəcəyini bildirib.

BBC Azərbaycancaya açıqlamasında xanım Mijatovic deyib ki, bu, "Azadlıq" qəzeti ilə bağlı ilk hadisə deyil və Azərbaycanda olarkən bu məsələni dəfələrlə qaldırıb.

"Sonuncu dəfə Bakıda olanda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla qəzet barədə söhbətimiz olub", o deyib.

"Azadlıq qəzeti ilə bağlı məsələ narahatlıq doğurur. Azadlıq Azərbycanda müstəqil səslərdən biridir və mənim bu məsələdə mövqeyim birmənalıdır. İstər Azərbaycanda, istərsə də digər ölkələrdə plüralizmə, fərqli baxışa ehtiyac var. Qəzetin fəaliyyətinin dayandırılması onların işinə müdaxilədir. "

ATƏT rəsmisinin sözlərinə görə, siyasi iradə problemi həll etməlidir. "Mən ümid edirəm ki, problem qısa zamanda öz həllini tapacaq və qəzet yenidən çap olunacaq."

Azadlıq qəzeti sentyabrın 6-dan çapı dayandırıb.

Buna səbəb qəzetin maliyyə əməliyyatlarını apara bilməməsidir, qəzetin baş redaktorunun müavini Rahim Hacıyev deyir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Rahim Hacıyev: Hökumət mane olmasa Azadlığın dərcində problem yoxdur

Əlaqəli mövzular

Bu barədə daha geniş