Natiq Cəfərli “Bakı şəhərini tərk edə bilməz”

Natiq Cəfərli Fotonun müəllifi Azadlıq Radiosu

Cümə günü azadlığa buraxılan ReAL hərəkatının icraçı katibindən ölkədən çıxmamaq barədə iltizam alınıb, onun vəkili bildirir.

Cavad Cavadovun sözlərinə görə istintaqın yeni həbs qətimkan tədbirinin seçməsi barədə qərarı gözlənilməz olmayıb. Beləki Natiq Cəfərli azadlığa buraxılsa da, cinayət işi dayandırılmayıb.

"Bu, o deməkdir ki, Natiq bəy Bakı şəhərini tərk edə bilməz, ittiham olduğu kimi qalır və istintaq davam edir", APA agentliyi vəkilin sözlərindən iqtibas gətirir.

ReAL hərəkatının icraçı katibi avqustun 13-də Nəsimi rayon məhkəməsində axşam keçirilən iclasdan sonra qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunaraq 4 ay müddətinə həbs edilib.

O, ittihamları rədd edib və qanunsuz həbs olunduğuna görə Avropa Məhkəməsinə müraciət edəcəyini bildirir.

Natiq Cəfərli sosial mediada hakimiyyəti tənqid edən yazılarına görə tanınır. Hakim partiyanı və İlham Əliyevi tənqid edən ReAL hərəkatın lideri İlqar Məmmədov 2013-cü ildən həbsdədir.

Bu barədə daha geniş