ABŞ Natiq Cəfərlinin azad edilməsini alqışlayıb

Natiq Cəfərli Fotonun müəllifi Azadliq Radiosu

Amerika Birləşmiş Ştatları Azərbaycanda Respublikaçı Alternativ Hərəkatının icraçı katibi Natiq Cəfərlinin azad edilməsini alqışlayır.

Dövlət Departamentinin saytında dərc edilmiş bəyanatda deyilir ki, ABŞ höküməti əsas insan haqlarını yerinə yetirərkən həbs edilmiş digər şəxslərin də azad edilməsinə çağırır.

"Eyni zamanda biz Konstitusiyanın dəyişdirilməsini nəzərdə tutan 26 sentyabr referendumu ərəfəsində açıq və ictimai dialoqa çağırırıq," bəyanatda deyilir.

"Azərbaycan hökuməti ilə əlavə müsbət addımlar ətrafında çalışmağa hazırıq," sənəddə qeyd olunub.

Natiq Cəfərli cümə günü ölkədən çıxmamaq şərtilə azad edilib.

O, avqustun 13-də qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunaraq 4 ay müddətinə həbs edilib.

Hakim partiyanı və İlham Əliyevi tənqid edən ReAL hərəkatın lideri İlqar Məmmədov 2013-cü ildən həbsdədir.

Əlaqəli mövzular

Bu barədə daha geniş