Milli Şuranın etiraz mitinqi bitib: "referendumun ləğvi" tələb edilib

mitinqdən fotolar Fotonun müəllifi Revan Seyfulla

Bakıda Demokratik Qüvvələrin Milli Şurasının Konstitusiyada dəyişiklikləri nəzərdə tutan 26 sentyabr referendumuna etiraz mitinqi bağlı elan edilib.

Etiraz nümayişinin sonunda oxunan qətnamədə əsasən "26 sentyabr referendumunun ləğv olunması" tələb olunub.

Bundan başqa, qətnaməyə görə siyasi məhbusların qeyri-şərtsiz azad edilməsi, siyasi motivli həbslərə son qoyulması, xarici sərmayenin önünün açılması, həqiqi iş yerlərinin açılması və əhalinin maaşlarının və təqaüdlərinin normal dolanışıq həddinə qədər qaldırılması da tələb olunub.

Mitinqdə AXCP lideri Əli Kərimli, Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Vidadi Mirkamal, Fuad Əhmədlinin atası çıxış edib, jurnalist Rəvan Seyfulla BBC Azərbaycancaya bildirib.

AXCP lideri bildirib ki, Milli Şuranın növbəti mitinqi 17 sentyabrda keçiriləcək.

Fotonun müəllifi Rəvan Seyfulla
Fotonun müəllifi Rəvan Seyfulla
Fotonun müəllifi Rəvan Seyfulla
Fotonun müəllifi Rəvan Seyfulla
Fotonun müəllifi Rəvan Seyfulla

Mitinq Bakı vaxtilə saat 5-də başlayıb.

"Mitinq keçirilən ərazidə internet və mobil rabitə problemi var. Bütün telefonlarda rabitə dayanıb", Azadlıq radiosu rəsmi Facebook səhifəsində paylaşıb.

Sosial şəbəkələrdə yayılmış videolarda mitinqin yüzlərlə iştirakçısının olduğu görünür.

Mitinqdə "Siyasi məhbuslara azadlıq", "Biz kölə deyilik" kimi sözlər yazılan şüarlar nümayiş etdirilib.

Meydan TV yazır ki, polis mitinqə gətirilən bəzi şüarları -"Çörək baha, ət baha, yemək tapmır xalq daha", o cümlədən üzərində dindarların şəkilləri olan plakatları meydana aparmağa icazə verməyib.

Fotonun müəllifi Revan Seyfulla
Fotonun müəllifi Revan Seyfulla
Fotonun müəllifi Revan Seyfulla
Fotonun müəllifi Revan Seyfulla
Image caption Mitinq Bakı vaxtilə təxminən saat 5-də başlayıb
Fotonun müəllifi Ramin Deko
Image caption Mitinqin başlamasına təxminən 1 saat qalmış stadionda hazırlıq işləri başlayıb

Təxminən iki saat davam edəcəyi gözlənilən mitinq Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılıb.

Yasamal rayonu Məhsul stadionunda keçirilən mitinqin əsas şüarı "Monarxiyaya yox, talana son!"-dır.

Turan agentliyi bildirib ki, mitinqdən öncə mitinqinin təşkilatçıları Vahid Məhərrəmli, Eldəniz Quliyev və İbrahim İbrahimli Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb və onlarla rəis müavini Səhləb Bağırov söhbət edib.

Polis qanunazidd hərəkətlərin yolverilməzliyi barədə təşkilatçılara xəbərdarlıq edib, cənab Quliyev Turan agentliyinə bildirib.

Mitinq təşkilatçıları polisə bildiriblər ki, onlar mitinqin sakit durumda və qanun çərçivəsində keçirilməsində maraqlıdır.

Agentlik həmçinin yazır ki, cənab Bağırov onlardan mitinqin vaxtının "qaranlıq düşənə kimi bitməsi üçün 1-2 saat qabağa çəkilməsini" xahiş edib, cənab İbrahimli isə "qarışıqlıq yaranacağından" ehtiyatlanaraq "artıq gec olduğunu" bildirib.

Bu barədə daha geniş