Azərbaycan 22 məhbusu "İrana təhvil verib"

Həbsxana

Azərbaycandakı 22 iranlı məhbus İrana təhvil verilib, İranın Azərbaycandakı səfirliyi bildirib.

Əksəriyyəti narkotik qaçaqmalçılığına görə həbs edilmiş məhbusların təhvil verilməsi Astara sərhəd-keçid məntəqəsində baş tutub. APA yazır ki, prosesdə İranın Azərbaycandakı baş konsulu Seyid Nasir Mircamali iştirak edib.

İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi bildirib ki, 22 iranlı məhbus sentyabr ayının 12-də İrana təhvil veriləcək.

"İranın Bakıdakı səfirliyinin cəhdləri və xaricdə yaşayan iranlılarla iş üzrə departamentin gördüyü işlər nəticəsində İran İslam Respublikası və Azərbaycan Respublikası arasında məhbusların dəyişdirilməsi razılaşmasına uyğun olaraq 22 (iranlı) məhbus Qurban bayramı günü (12 sentyabr) təhvil veriləcək," Tansim agentlik cənab Qaşqaviyə istinadən bildirib.

2014-cü ilin aprel ayında da İranla Azərbaycan arasında məhbusların dəyişdirilməsi həyata keçirilib. Həmin vaxt Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri öncəsi Azərbaycan 14 iranlı məhbusu İrana təhvil verilib, əvəzində iki azərbaycanlı məhbus ölkəyə qaytarılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş