Juncker Avropa İttifaqı ordusunun yeni qərargahını təklif edir

Jean-Claude Juncker
Image caption Cənab Juncker deyir ki, vahid ordunun yaradılması NATO ilə əməkdaşlığa xələl gətirməyəcək

Vahid hərbi qüvvə yaratmaq üçün Avropa İttifaqının hərbi qərargaha ehtiyacı var, Aİ Komissiyasının prezidenti Strasburqda Avropa parlamenti üzvlərinə müraciətində deyib.

Jean-Claude Juncker-in sözlərinə görə belə bir "daimi strukturun" olmamasına görə vəsaitlər müxtəlif missiyalara israf edilib.

Aİ Komissiyası prezidentinin illik müraciətinin bir hissəsi "Brexit" qərarı ilə bağlı olub.

Cənab Juncker deyib ki, Britanıyanın seçimi Aİ üçün təhlükə təşkil etmir və bu barədə danışıqlara mümkün qədər tez başlamaq lazımdır.

Aİ nümayəndəsi xəbərdarlığında deyib ki, Britaniya işçi qüvvəsinin sərbəst hərəkəti prinsipini qəbul etmədən vahid bazara girişə ümid etməməlidir.

Britaniya NATO-ilə potensial maraqlar toqquşmasına görə vahid Aİ qüvvələrinin yaradılması əleyhinə olub.

"Brexit" qərarı Avropa ordusunun yaradılması barədə planları canlandırıb. Cənab Juncker-in sözlərinə görə vahid hərbi qüvvə "NATO qüvvələrini tamamlamalıdır".

"Avropada müdafiənin artması transatlantika əməkdaşlığının azalması demək deyil".

Avropanın Müdafiə Fondu hərbi inkişaf və araşdırmanı stimullaşdıracaq, Aİ Komissiyası prezidenti deyib.

Fotonun müəllifi Reuters
Image caption UKİP partiyasından millət vəkili Nigel Farage Avropa Komissiyasını tənqid edib

Bəzi millət vəkilləri Jean-Claude Juncker-in təşəbbüsünü tənqid ediblər.

Onların arasında "Brexit" kampaniyasının liderlərindən biri, UKİP partiyasından millət vəkili Nigel Farage da olub.

Onun sözlərinə görə yeni təşəbbüs "Avropa yerinə daha çox hərbiləşmiş Avropa"nı təklif edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş