Mirşahin: ANS-in FETÖ məsələlərində heç bir günahı yoxdu
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Mirşahin Ağayev: ANS-in FETÖ məsələlərində heç bir günahı yoxdur

Türkiyədə hakimiyyətə yaxın mətbu orqanı dərc etdiyi məqaləsində açıq mətnlə bildirir ki, ANS-in "FETÖ məsələlərində" heç bir günahı yoxdur, ANS TV-nin baş direktoru Mirşahin Ağayev jurnalistlərə verdiyi müsahibəsində deyib.

O, əlavə edib ki, ANS-in bağlanmasının "sıradan məsələ olmadığına" inanır.

Cümə axşamı günü Ali Məhkəmə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxıb.

Vəkil Fuad Ağayev şirkətin hüquqlarının müdafiəsinə yeni cəlb olunduğunu əsas gətirərək işlə tanış olması üçün məhkəmədən əlavə vaxt istəyib.

Məhkəmə vəsatəti təmin edərək iclası qeyri-müəyyən vaxtadək təxirə salıb. Prosesi izləmək üçün Böyük Britaniya və ABŞ-ın Azərbaycandakı səfirliklərindən nümayəndələr iclasa qatılıb.

Milli Televiziya və Radio Şurası iyulun 18-də "Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək" məqsədilə ANS TV-nin yayımının müvəqqəti dayandırılması barədə qərar verib.

Qərara əsasən “ANS ÇM Yayım və Media” Şirkətinin eyni tarixli lisenziyasına xitam verilib. ANS Şirkətlər qrupuna aid olan anspress.com saytı da fəaliyyətini həmin gündən dayandırıb.

Əlaqəli mövzular