2016-cı il Paralimpiya Oyunları başa çatıb: Azərbaycan 48-ci yerdədir

Bəhman Qolbarnejad Fotonun müəllifi Reuters
Image caption Bağlanış mərasimində şənbə günü həlak olmuş iranlı velosipedçi Bəhman Qolbarnejad da yad edilib

2016-cı il Paralimpiya Oyunları bazar günü gecə saatlarında Rio De Janeyrodakı Maracana stadionunda başa çatıb.

Müğənnilər, rəqqaslar və atəşfəşanlıqla dolu stadionda şənbə günü həlak olmuş iranlı velosipedçi Bəhman Qolbarnejad da yad edilib.

Builki Paralimpiya Oyunlarında Azərbaycan 1 qızıl, 8 gümüş və 2 bürünc medalla medallar cədvəlində 48-ci yeri alıb.

Medallar cədvəlində ilk beşlik:

  1. Çin (107 qızıl, 81 gümüş, 51 bürünc)
  2. Böyük Britaniya (64 qızıl, 39 gümüş, 44 bürünc)
  3. Ukrayna (41 qızıl, 37 gümüş, 39 bürünc)
  4. ABŞ (40 qızıl, 44 gümüş, 31 bürünc)
  5. Avstraliya (22 qızıl, 30 gümüş, 29 bürünc)

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Philip Craven builki oyunların uğurlu keçdiyini və "unikal olaraq braziliyalı və heyranedici" olduğunu qeyd edib.

Ser Craven Paralimpiya bayrağını bu oyunlara 2020-ci ildə ev sahibliyi edəcək Tokionun qubernatoruna təhvil verib. Bundan sonra o, təşkilatçılara, atletlərə və izləyicilərə təşəkkürünü bildirib.

Bu barədə daha geniş