Mirşahin: "Ümid sonuncu ölür deyirlər"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Mirşahin Ağayev: "Ümid sonuncu ölür deyirlər"

Ali Məhkəmə ANS-in lisenziyasının ləğv olunması ilə bağlı verdiyi kassasiya şikayətini təmin etməyib.

Kanalın baş direktor Mirşahin Ağayev məhkəmədən sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli Televiziya və Radio Şurası iyulun 18-də "Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək" məqsədilə telekanalın yayımının müvəqqəti dayandırılması barədə qərar verib.

Qərara əsasən “ANS ÇM Yayım və Media” Şirkətinin eyni tarixli lisenziyasına xitam verilib. ANS Şirkətlər qrupuna aid olan anspress.com saytı da fəaliyyətini həmin gündən dayandırıb.

Qərardan sonra MTRŞ ANS televiziyasının "qanunazidd fəaliyyəti ilə bağlı" onun işinə xitam verilməsi haqda məhkəməyə müraciət edib.

Əlaqəli mövzular