"Müzakirəsiz" konstitusiya dəyişiklikləri və referendum Venesiya Komissiyasını "təəssüfləndirir"

İlham Əliyev Fotonun müəllifi president.az

Venesiya Kommissiyası Azərbaycan Konstitusiyasına prezident tərəfindən təklif edilən dəyişikliklərlə bağlı rəyini dərc edib.

Bu rəydən əsas məqamlar:

Konstitusiyaya dəyişikliklər proseduru və nəticələr

Venesiya Komissiyasının (VK) rəyində parlamentin referenduma dəyişikliklərin müzakirəsinə cəlb edilməməsi tənqid edilir.

Bu rəydə VK bundan əvvəl dərc edilmiş rəyləri və konstitusiya referendumları üçün təlimatlar sənədinə istinad edir.

VK deyir ki, komissiyanın təcrübəsində "yeni demokratiyaların" referendumla həyata keçirdikləri konstitusiya dəyişikliklərinin məqsədi adətən avtoritar tendensiyalara legitimlik vermək olur.

Komissiya konstitusiyaya dəyişikliklərin qəbul edilməsinin iki fərqli qaydasının olduğu vurğulayır - "əlavələr" və "dəyişikliklər".

Konstitusiyaya görə "dəyişikliklərin" təklifi yalnız prezidentin təşəbbüsü ilə həyata keçirilə bilər, amma konstitusiyaya "əlavələr" həm prezident həm də Milli Məclisin tərəfindən təklif edilə bilər.

Bundan başqa konstitusiyaya əlavələrin qəbul edilməsu üçün onlar Milli Məclis tərəfindən müzakirə edilib ən azı 6 ay müddəntində iki ayrı səsvermədə 95 səs çoxluğu ilə qəbul edilməlidir.

Əlavələri dəyişikliklərdən fərqləndirən digər xüsusiyyət, əlavələrin konstitusiyaya zidd olmaması məhdudiyyətidir. Komissiyanın rəyincə, bu fərq mövcud olan qaydaların demokratiyanın təminatı üçün kifayət olmadığını göstərir.

Beləliklə VK bildirir ki, prezidentin təklif etdiyi konstitusiya dəyişiklikləri yalnız referendumla təsdiq edilməməlidir. Komissiya prezidentin təklif etdiyi dəyişiklikləri ən azı qeyri-rəsmi şəkildə parlament müzakirəsinə cəlb etmədiyinə təəssüfləndiyini bildirir.

Venesiya Kommissiyasını narahat edən digər məqamlardan biri də, konstitusiyaya dəyişikliklərin təklifindən seçkinin keçiriləcəyi tarix arasındaki qısa müddətdir.

Xüsusən də təklif edilən dəyişikliklkərin mürəkkəbliyini nəzərə alaraq, Komissiya düşünür ki, belə qısa müddət parlament, vətəndaş cəmiyyəti və ekspertlərin təklifləri müzakirə etmələrinə kifayət qədər vaxt vermir.

İnsan Haqları

İnsan haqları ilə əlaqədar dəyişikliklərin çoxunu "müsbət" dəylərləndirsə də, VK-nı bu mövzuda təəssüfləndirən məqamlar da var.

Bunlar arasında ifadə azadlığı, birləşmə azadlığı və sərbəst toplaşma azadlığına təklif edilən yeni məhdudiyyətlərdir.

Aşağı yaş hüdudları

Təklif edilən dəyişikliklər yüksək vəzifələrə və deputatlığa namizədlər üçün aşağı yaş hüdudunu aradan qaldırır.

VK Fransa kimi bəzi ölkələrdə səsvermə yaş hüdudu ilə yüksək vəzifələrə yaş hüdudunun eyni olduğunu qəbul edir.

Eyni zamanda qeyd olunur ki, nəticədə "təzəcə universiteti bitirən 23 yaşlı adamın Prezident, Vitse Prezident ya da Baş Nazir olmasının qarşısını heç nə ala bilməz". Halbuki, həmin şəxsin aşağı məhkəmədə hakim olması mümkün olmazdı - "çünki bunun üçün universiteti bitirməkdən başqa namizədin qanun sahəsində beş illik iş təcrübəsi olmalıdır".

Prezidentin gücləndirilməsi

VK-nı prezidenti gücləndirən dəyişikliklərin bir neçəsi narahat edir.

Təkliflərdən biri "başqa silhalı birləşmələri" Azərbaycan Ordusu ilə birlikdə Silahlı Qüvvələr termininin tərkibinə daxil edərək prezidentə Ali Baş Komandan kimi ölkədə hər silahlı qüvvə üzrə rəhbərlik səlahiyyətini artırır.

VK həm də vurğulayır ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) prezident sistemi üzrə rəhbərlik edilən üzv ölkələrinin heç birində 7 illik prezidentlik müddəti qəbul edilməyib.

VK-nın sozlərinə görə, prezidentlik müddətini üzatmağ üçün təklif edilən dəyişikliklər Azərbaycan höküməti tərəfindən heç bir şəkildə əsaslandırılmayıbdır.

2009-cu ilin referendumunda iki ardıcıl prezidentlik müddətinin aradan qaldırmasını nəzərə aldıqda, VK prezidentin səlahiyyətlərini bir daha artıran dəyişikliklərin "lüzumsuz" olduğunu bildirir.

Konstitusiyaya dəyişikliklərin zərurəti

VK vurğulayır ki, təklif edilən dəyişikliklərə ümumi rəyi mənfi olsa da, konstitutisyaya dəyişiklərə ehtiyac var.

VK rəyinin sonunda, Azərbaycan hakimyyətini konstitusiyaya dəyişiklik prosedurlarında milli məclisin rolunu gücləndirməyə dəvət edir.

Bu barədə daha geniş