Jurnalist Sevinc Vaqifqızının valideynləri "polisə çağrılıb"

Sevinc Vaqifqızı

Jurnalist Sevinc Vaqifqızının valideynləri Binəqədi Rayon 6-cı Polis bölməsinə çağrılıb. Bu barədə Meydan TV-yə jurnalistin özü məlumat verib.

O, valideynlərinin polisə çağırılmasının səbəbi kimi Milli Şuranın mitinqində iştirak etdiklərini göstərib:

"Anam və atamı Binəqədi rayon 6-cı polis bölməsini çağırıblar. Bu gün anama yaxınlaşan sahə müvəkkili ... deyib ki, yoldaşınızla bölməyə gəlin".

Daxili İşlər Nazirliyi BBC Azərbaycancanın məsələ ilə bağlı sorğusuna hadisədən məlumatsız olduğunu bildirib.

"Anam Milli Şuranın 17-də baş tutan mitinqində iştirak edib. Güman edirəm, atamı da ona görə çağırırlar ki, anam bölməyə tək getməsin".

Sahə müvəkkili məsələnin mitinqdə iştirakla bağlı olduğunu "inkar etmədi. Dedi, bölməyə gəlsin, danışacağıq", jurnalist əlavə edib.

"Tələb etdim ki, evə çağırış vərəqi göndərsinlər, yalnız bu halda bölməyə gələ bilərik. O da dedi ki, canlı gəlib deyib vərəqə nə ehtiyac var. Mən yenə təkid etdim. Dedi ki, o zaman bölmənin işçiləri bizə qonaq gələcəklər. Dedim, axşam evdəyəm, gələrsiniz".

Milli Şuranın senyabrın 17-də referenduma etiraz olaraq keçirdiyi mitinq birdikdən bir neçə jurnalist və fəal olmaqla 10 nəfərdən çox mitinq iştirakçısı saxlanılmışdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş