SOCAR Afinada qaz danışıqları keçirəcək

qaz ötürücü Fotonun müəllifi AFP

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstan rəsmiləri ilə təbii qaz xətti operatoru DESFA-nın alınmasına dair müzakirələr aparacaq, SOCAR prezidenti cümə günü bildirib.

2013-cü ildə SOCAR böhranla üzləşmiş bu operatorun 66 faizini 400 milyon avroya almağa razılaşıb. Lakin daha sonra SOCAR-ın öz payından 17 faizi üçüncü quruma satmaq istəməsi avropalı rəsmiləri təmin etməyib.

İyul ayında Yunanıstan DESFA-nın qaz tariflərinin gələn ildən gözlənildiyindən az miqdarda artırılmasına dair qanun qəbul edib.

"Bizim nümayəndəlik sentyabrın 27-28-i Yunanıstanda müzakirələr aparacaq," Rövnəq Abdullayev jurnalistlərə deyib.

ARNDŞ rəsmiləri deyirlər ki, müqavilədən razı idilər, lakin DESFA-nın qiyməti azaldılmalıdır. SOCAR-ın sövdələşməyə dair zəmanət məktubunun vaxtı 30 sentyabrda bitib.

İtaliyanın Snam şirkəti SOCAR-ın DESFA-dakı payından 17 faiz almaq istəyir.

DESFA-nın satışı Yunanıstanın beynəlxalq borc fonunda özəlləşdirmə proqramının bir hissəsidir.

Əlaqəli mövzular