Referendum: "Monarxiya yaradırıq, gedib səs verəcəyik"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Referendum: "Monarxiya yaradırıq, gedib səs verəcəyik"

Konstitusiyaya dəyişiliklərlə bağlı 26 sentyabrda Azərbaycanda referendum keçiriləcək. Bununla bağlı BBC Azərbaycanca paytaxt sakinlərinə iki sualla müraciət edib.

"26 sentyabr tarixində hansı hadisə baş verəcək?" və "referenduma çıxarılan əlavə və dəyişiliklərdən məlumatlıdırlarmı?" suallarına əksər müsahiblər xəbərsiz olduqlarını deyib.

Müsahiblər bunu referenduma maraqlarının olmaması ilə əlaqələndirib.

Prezident Əliyev iyulun 18-də, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Konstitusiyasının 23 maddəsinə əlavə və dəyişiliklər, daha 6 yeni maddənin isə əlavə olunması təklif olunur.

Dəyişiklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını nəzərdə tutur.

Sənəddə prezidentin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin yaradılması nəzərdə tutulur. Təklifə əsasən onların vəzifəyə təyinatı və azad edilməsi səlahiyyəti prezidentə məxsusdur və dövlət başçısı təyinatı razılışdırmalı deyil.

Əlaqəli mövzular