Referendumun yekun nəticələri açıqlanıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
MSK sədri Məzahir Pənahov referendumda pozuntu iddiaları barədə

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış referendum aktı layihəsi üzrə səslərin hesablanmasının yekun nəticələrini açıqlayıb.

Səsvermənin nəticələrinə görə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması və növbədənkənar prezident seçkilərinin elan olunması maddəsinin lehinə 91,15 faiz səs verib.

Yekun nəticələrə görə prezidentliyə namizədliyin yaş həddinin 18-ə endirilməsi lehinə isə 90,96 faiz səs verib.

Seçicilərin əksəriyyəti maddələrə təklif olunan dəyişiklik və əlavələrin lehinə səs verib və bütün yenilikləri dəstəkləyiblər.

Yekun nəticələrə görə, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində təşkil olunmuş seçki məntəqələri də daxil olmaqla, 5627 seçki məntəqəsinin hamısı hesabat verib, MSK məlumat verir.

Bu barədə daha geniş