DeLaurentis 1961-ci ildən bəri ABŞ-ın Kubada ilk səfiri təyin edilib

Avtomobil Fotonun müəllifi Reuters
Image caption ABŞ-ın Kubadakı səfirliyi ötən il açılıb.

Kuba ilə münasibətləri getdikcə mülayimləşən ABŞ, 55 illik fasilə ardınca ölkəyə yenidən səfir təyin edib.

Prezident Barack Obama deyib ki, bu "daha normal və sağlam münasibətə yönələn bir addımdır".

Amma Konqresdə onun kommunist ada ilə əlaqələrinə qarşı olan Respublikaçılar prezidentin təşəbbüsünə qarşı çıxa bilərlər.

Yeni səfir Jeffrey DeLaurentis Havanada açılmış ABŞ səfirliyində keçən ilin iyul ayından bəri işləyir.

Prezident Obama deyib ki, ondan "daha uyğun mütəxəssis yoxdur".

Prezident Obama və Kubanın prezidenti Raul Casto, 1961-ci ildə baş vermiş kommunist inqilabından sonra ABŞ ilə kəsilən münasibətləri yenidən canlandırmağa başlayıblar.

İki ölkə arasında təyyarə uçuşlarına məhdudiyyətlər aradan qaldırılıb amma ABŞ-ın Kubaya qarşı embarqosu hələ də qüvvədədir.

Kuba əsilli ABŞ senatoru Marco Rubio deyib ki, iki ölkə arasında əlaqələrin yümşalması "Castro rejiminə Kubanın siyasi sistemində nəsillər boyu qalmasına zəmin yarada bilər".

Bu barədə daha geniş