Britaniya mətbuatı: Sızanaqlı üz uzun ömür deməkmiş?

British press

İsveçrədə də hicabın üstünə düşüblər

"The İndependent" yazır ki, İsveçrə parlamentində müsəlman qadınıların geyindiyi tam hicab və ya burqanı qadağan edəcək qanun layihəsi bircə səs çoxluğu ilə qəbul edilib.

Məqalədə deyilir ki, sağ təmayüllü İsveçrə Xalq Partiyası tərəfindən təklif edilmiş qanun layihəsinin leyhinə 88, əleyhinə 87 millət vəkili səs verib. 10 nəfərin bitərəf qaldığı xəbər verilir.

Bununla belə qanun layihəsinin asanlıqla qanuna çevriləcəyi gözlənilmir. Bundan əvvəl müsəlman qadınların üzünü örtən niqab və ya rübəndin qadağanına dair layihə dövlət komissiyası tərəfindən rədd edilmişdi.

Xalq Partiyasından bu təşəbbüsün kampaniyasını aparan Walter Wobmann iddia edir ki, qanun "asayiçin qorunmasına və qadın ləyaqətinə ehtiram göstərilməsinə xidmət edəcək".

Özünün antimühacirət mövqeyi ilə tanınan siyasətçi bundan əvvəl, qadınların pasport üçün baş örtüyündə şəkil çəkdirmələrinin qeyri-məqbul olduğunu bildirmiş, "İsveçrənin bundan sonra islamlaşmasına yol verməyəcəyini" demişdi. Millət vəkili 2009-cu ildə minarə tikintilərinə qarşı çıxmışdı.

"Rübənd qadağanına "hə" deyək" kampaniyasına başçılıq edən cənab Wobmann inanır ki, müsəlman örtükləri isveçrə dəyərlərini pozur. Onun fikrincə, burqa qadağanı kriminalların və başqa pozucu elementlərin gizlənməsinin də qarışısını alardı.

"Örtüklər azad cəmiyyətə inteqrasiya üzərinə hücum kimi qiymətləndirilməlidir, - deyib siyasətçi, -İctimai yerlərdə dini motivli örtünmənin qadağanı tamamilə məqsəduyğundur və din və ya ifadə azadlığını pozmur. Bu diskriminasiya kimi qiymətləndirilməməlidir".

Qanun layihəsinə görə ictimai yerlərdə adamların simalarını gizlətməsinə qadağan İsveçrə Konstitusiyasına əlavə edilməlidir.

Layihədə üzün və bədənin örtülməsinə yalnız dini ocaqlarda icazə verilməsi nəzərdə tutulur.

"The İndependent" yazır ki, İsveçrədə qanun layihələrinin qəbulu üçün onları Kantonlar Şurasının qəbul etməsi şərtdir. Bunun üçünsə kampaniyaçılar 100 mindən çox dəstək səsi toplamalıdırlar.

Bundan sonra qadağan məsələsi ümumxalq səsverməsi və ya referendumla həll edilə bilər.

Hətta referendumun müsbət cavabı da parlamentdə səs qoyulmalıdır.

"The İndependent" yazır ki, məsələn İsveçrəinin Tiçino kantonunda burqa qadağanının icrasına, qanun qəbul ediləndən üç il sonra başlanıb.

Məqalədə deyilir ki, İsveçərinin 8, 3 milyonluq əhalisinin yalnız 350 mini müsəlman olsa da, İslam dininə aid məsələlər son illərdə xüsusi həssaslıq kəsb edib.

Bundan başqa qadın müəllimlərlə əllə görüşməkdən imtina edən iki məktəbli oğlanın 6 min dollar məbləğində cərimə olunması barədə hökm çıxarılıb. Üzgüçülük dərslərinə gəlməyən iki yeniyetmə qıza isə vətəndaşlıq verilməsindən imtina olunub.

"The İndependent" yazır ki, indiyədək Fransa və Belçikada üzü və vücudu tam örtən hicab qadağan edilib. Almaniya və Hollandiyada da buna bənzər qadağanlar tətbiq edilə bilər. Bu məsələlər İtaliya, İspaniya və Rusiyanın bir sılra yerlərində müzakirə olunur.

Britaniyada keçirilmiş rəy sorğusu ictimaiyyətin müsəlman örtüyünün qadağanına müsbət yanaşdığını göstərib.

BlackBerry daha telefon buraxmayacaq

"The Guardian" yazır ki, məşhur BlackBerry 14 il əl telefonları buraxdıqdan sonra onların istehsalını dayandırmaq barədə qərar qəbul edib.

Məqalədə deyilir ki, bu şirkətin mobil telefonları bir vaxtlar yüksək peşəkarların ciblərində gəzər və onların yol üstündə elektron poçtlarını yoxlamasına imkan verərdi.

Bununla belə BlackBerry uzun müddət Apple və Samsung kimi şirkətlərin lamisə ilə işləyən mobil telefonları ilə rəqabət aparmağa çalışsa da, görünür, mübarizənin öhdəsindən gəlməyib.

Fotonun müəllifi AFP

Xəbər verilri ki, Kanada şirkəti indi əsas diqqətini proqramların yaradılmasına yönəldəcək.

Şirkətin icraçı direktoru John Chen deyib ki, bu proqramlar əsasən təhlükəsizlik və aplikasiyalara xidmət edəcək.

Buna baxmayaraq cənab Chen bu ilin əvvəllərində demişdi ki, şirkət mobil telefon istehsalının sərfəli olub-olmadığını araşdırır.

CMC Markets firması bildirir ki, BlackBerry mobil telefonu bazarının ölümü dünyanln ilk smartfon telefonları istehsalçısının məşhurluq erasının başa çatması kimi qiymətləndirilir.

CMC-in məlumatına görə hələ 2013-cü ildə BlackBerry-nin dünya boyunca 85 milyon abunəçisi var idi, lakin aftıq 2016-cı ildə bu rəqəm 23 milyona enmişdi. Bu telefonlar bazarı Android və iOS platformalarına uduzmuşdu.

Ekspertlər bunu da bildirirlər ki, bu ilin ikinci rübü ərzində BlackBerry-nin gəlirlərində cüzi dirçəliş olub.

Dəri sızanağı həm də yaxşı xəbərmiş

"The Telegraph" yazır ki, yeniyetmə yaşlarında üzün dərisinə çıxan sızanaqlar, yəni kiçik irinli səpkilər bir çoxlarına qanqaralığı gətirsə də, ötəri fizioloji vəziyyətdir.

Üstəlik dəri eskspertləri deyirlər ki, sızanaqlar ümumiyyətlə yağlı dərilərə çıxır, yağlı dərilərin isə daha gec qırışlanmaq xüsusiyyəti var.

Bu isə o deməkdir ki, sızanaq həm də uzun ömür gözləntisinin göstəricisidir.

Məqalədə deyilir ki, yenicə aparılmış tədiqiqat sızanaq hüceyrələrinin qocalmaya qarşı müqavimətli olduğunu isbat edib.

Dermotoloqlar deyirlər ki, yeniyetmə yaşlarında üzlərində sızanaq olanlar daha yaşlı illərində daha şux görünürlər.

Bu sadəcə olaraq zahiri görünüş deyil, həm də sağlamlığın göstəricisidir.

Tədqiqatı aparmış alimlər deyirlər ki, sızanaqlı insanlardan götürülmüş ağ qan hüceyrələri xromosomlarının ucundakı qoruyucu qapaqcıqlar daha uzundur.

Belə qapaqcıqları olan orqanizmin isə daha sağlam olduğunu söyləmək mümkündür. Sağlamlıq bir qayda olaraq uzun ömür gözləntisinin ən əsas şərti sayılır.

Londondakı Kral Kollecindən tədqiqata rəhbərlik edən doktor Simone Ribero deyib ki, dermotoloqlar sızanaqlı dərilərin daha gec qocalmasına çoxdan fikir vermişdilər.

Saddəcə olaraq bu prosesinin elmi izahı verilməmişdi.

Qəzet yazır ki, sızanağı olanlar darıxmasınlar onların gənc və gözəl qalmaq üçün daha böyük şansları var.

Bu barədə daha geniş